adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Iyul 2016 15:36
7335
MƏMLƏKƏT

“Tarixin saxtalaşdırılması” sağlamlığınız üçün zərərdir

Ötəngünlərdə jurnalist həmkarlarımla çay süfrəsi arxasında əyləşəndə maraqlımüzakirələri həyata keçirdik. Müzakirələr dünya siyasətindən başlasa da, sondayanacaq yerimiz ölkədə fəaliyyət göstərən şirkətlərin (adlarınızı özümüz qeydetmirik) istehlakçıları aldatmaq üçün əl atdığı vasitələr oldu. Müzakirələrzamanı məlum oldu ki, bir sıra şirkətlər var ki, istehsal olunmuş məhsulunüzərindəki son istifadə tarixinin yenilənməsi üçün işçi saxlayır. Bu işçininişi-peşəsi satış mərkəzlərində zamanında satılmayan məhsulların üzərindəkitarixi yeniləməkdən ibarətdir. Bununla bağlı qəzetimizə də müəyyənmüraciətlərin daxil olduğunu nəzərə alıb məsələni araşdırmağa qərar verdik.Marketlərdə apardığımız araşdırma zamanı məlum oldu ki, satışda vaxtı keçmişməhsullar yoxdur. Yeni məhsulların sonistifadə tarixində də analoji hal müşahidə olunur. Ancaq....

Azadİstehlakçılar Birliyinin sərdi Eyyub Hüseynov Adalet.az-aaçıqlamasında bildirib ki, malların buraxılma tarixi, saxlanma müddəti vəsaxlanma şəraiti ilə bağlı ölkədə çox ciddi problemlər var: "Hər bir məhsulunsaxlanma müddəti konkret texniki şərtlərlə müəyyən olunur. İstehsalçılar daimiş aparırlar ki, malların ən sonuncusunu da istehlakçının boğazına tıxasınlar.Məsələn, ölkədə buraxılan şərab məhsullarının üzərinə müddətsiz yazılıb, bu çoxəcaib bir şeydir. Əhali bilməlidir ki, şərabların saxlanma müddəti 6 aydan,araqlar 1 ildən, konyakar isə 3 ildən artıq deyil. Lakin hamısının üzərinəmüddətsiz yazılır, əksər spirtli içkilərin üzərinə isə heç istehsal tarixi dəyazılmayıb. Tütün və tütün məmulatları haqda qanun qəbul edildikdə biz təklifetdik ki, siqaret qutularının üzərində istehsal tarixi yazılsın. Lakin butəklif qəbul edilmədi, halbuki müəyyən saxlanma şəraiti şərtləri gözlənilməkləsiqaret 1 ildən artıq saxlanıla bilməz.

Satışdaolan məhsulların bu qaydalara uyğun olub-olmadığını İqtisadiyyat və SənayeNazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının MüdafiəsiKomitəsi yoxlayır. Bu komitə məhsulların üzərində qeyd olunan saxlanmamüddətinin bitib-bitmədiyini yoxlayır. Lakin həmin məhsulların üzərinə istehsalvə saxlanma tarixinin vurulmasına Standartlaşdırma, Metrologiya və Patent üzrəDövlət Komitəsi nəzarət edir. Bu tarixlər istehsal yerində vurulur, lakin"QosStandart” həmin tarixin düzgün olub-olmadığına qərar verir”.

Ən çoxistifadə olunan üsullardan biri də ərzaq məhsulunun qabının dəyişdirilməsidir.Məsələn, düyü qabına mərci doldurub üstündəki kağızı qoparıb yenisiniyapışdırmaqla satışa buraxıblar. Hazırda bazarda belə məhsullar var. Və yaxudda yay mösümündə daha çox şirin və ya adi sular alanda diqqət etmisinizsə,əsasən sex şəraitində hazırlanan ucuz və keyfiyyətsiz suaların qabları dünyabrendinə çevrilmiş şirkətlərin buraxdığı qablaşdırmada olur. Bu, birbaşaistehsalın ən ucuz hala salınmış formasıdır. Onların təqlid-təmin üsuluna əlatması sizi zəhərləyə bilər.

Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblımedia mənsublarına verdiyi açaqlamada bildirib ki, bunlar yolverilməz faktlardır və istehlakçıhüquqlarının kobud şəkildə pozulmasıdır. Nəinki istehlakçı hüquqlarının, həttaölkənin hüquq və qanunlarına hörmətsizlikdir. Bu faktların içində cinayəttərkibi var. Ötn ilin noyabrın ayın 1-də sahibkarlıq obyektlərində yoxlamalarındayandırılması barədə qanun qüvvəyə mindi. Biz artıq bu sahədə nəzarəttədbirlərini tam başqa formada həyata keçiririk. Biz sahibkarlıq subyektindəyoxlama həyata keçirmirik, istehlak bazarında müvafiq məhsulların tərkibindənnümunə götürüb standartlara uyğunluğunu yoxlayırıq. Bu qeyd etdiyiniz hadisələrstandarın tələbinin pozulması faktıdır. Məhsulun üzərində göstərilən son tarixstandartda göstərilən tarixlə uzlaşmalıdır. Misal üçün saxlanma müddətistandarta görə 5 aydırsa, onun üzərinə 5 ay 2 gün də vurula bilməz. Beş ayıntamamında həmin məhsul bazardandərhal çıxarılmalıdır. Məhsulun qapağınındəyişdirilməsi, tarixinin saxtalaşdırılması bədbəxt hadisələrin baş verməsinəsəbəb ola biləcək cinayət tərkibli hallardır”.

Göründüyü kimi "Tarixin saxtalaşdırılması” ərzaqtəhlükəsizliyi üçün çoxşaxəli problemləri ortaya qoyur. İstər yeyinti məhsulları,istərsə də içki məhsulalarından alarkən son istifadə tarixinə diqqət yetirin.Əks halda bu təkcə cibinizə deyil, sağlamlığınıza da zərə verə bilər.

Rüfət Soltan