adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 May 2019 16:23
93869
MÜSAHİBƏ

“Tarixi şüur yaratmaq çox çətindir” - EKSKLÜZİV MÜSAHİBƏ


Tarix üzrə fəlsəfədoktoru, "Bütöv Azərbaycan Ocaqları” (BAO) təşkilatının Mərkəzi Şurasının üzvüDilavər Əzimli ilə son zamanlar tarixi şəxsiyyətlərimizə qarşı baş alıb gedən mənəviterrordan söhbət açdıq.

-Dilavər müəllim,son zamanlar tarixi şəxsiyyətlərimizə qarşı bəzi "ünsür”lərin təhrifli, təhqirlitəbliğatları hardan qaynaqlanır?

-Bir millətin mənəvi gücünü məhv etmək üçün onun müqəddəshesab edərək söykəndiyi dayaqları sıradan çıxarmaq lazımdır. Həmin dayaqlardanbiri də tariximizin səhifələrini bəzəyən dahi şəxsiyyətlərimiz, qəhrəmanlarımızdır.

Tarixi şəxsiyyətlərimizə qarşı mənəvi terrorbaşlanan zamanı qeyd etmişdim ki, bu gün Babək, Şah İsmayıl Xətai hücuma məruzqalırsa, yaxın gələcəkdə Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyə qarşı daeyni hal baş verəcək.

Tarixdən, etnoqrafiyadan bixəbər olan "hərşeyşünas”larçoxalıb. Ona görə də bu kateqoriyadan olanlar tarixi şəxsiyyətlərimizə dinpərəst,osmanlıpərəst, iranpərəst, indiki dövrün prizmalarından baxır. Amma böyük birqism planlı şəkildə şəxsiyyətlərimizi aşağılamaqda əsas məqsədləri dövlətçiliyimizəzərbələr vuraraq onu aradan qaldırmaqdır.

-Dilavər müəllim,tarixi şəxsiyyətlərimizə sırf dini prizmadan yanaşmaq nə dərəcədə doğrudur?

-Birinci, növbədə onu qeyd edim ki, bütün tarixi şəxsiyyətlərəgərək kül halında baxasan.

İkinci, tarixə və tarixi şəxsiyyətlərə dini çərçivəyəgörə yanaşmaq, qiymətləndirmək obyektivlik deyil!

Üçüncü, tarixə və tarixi şəxsiyyətlərə dövlətçilikprizmasından yanaşılmalıdır. Yəni, hər hansı tarixi şəxsiyyətimiz özünü millət,dövlətçilik uğrunda fəda edibsə o bizim üçün dəyərlidir.

-Ən böyük hədəfəalınan şəxsiyyətlərimizdən olan Babək haqqında bizə gəlib çatmış qaynaqlarınböyük bir hissəsi qərəzli, təhriflidir. Bir tarixçi kimi ölməz qəhrəmanımızhaqqında hansı mənbələrə daha çox müraciət etməliyik?

-Qaynaqları araşdırmadan öncə sağlam məqsədqoyulmalıdır. Əlbəttəki, Babək haqqındatarixi qaynaqların demək olar ki, hamısı ərəblər tərəfindən qələmə alınıb. Həminqaynaqların çoxun da Babək olduqca pislənilib. Amma bununla yanaşı onu lənətləyən,təhqirlər yağdıran ərəb tarixçiləri belə onun şücaətinə, qəhrəmanlığına, sərkərdəliyinəheyranlıqlarını gizlədə bilməyiblər.

Daha sonra sovet dövrü də ölməz qəhrəmanımızı bizəöz ideologiyasına uyğun təqdim etdirdi. Birinci onu sinfi mübarizəyə qarşımübarizə aparan, ikincisi isə İslam dininə qarşı düşmən olan bir şəxsiyyət kimitanıtdı.

-Dilavər müəllimsizcə Babək yalnız İslama qarşımı savaşırdı?

-Babək İslam dininə qarşı mübarizə aparırdısa ozaman onun ətrafında müsəlman ərəblər, ələvilər, əhlibeyt tərəfdarları, həttaimam Kazımın qardaşı niyə yer alırdı?! Bəzz qalasının özündə əzan verilirdi,namaz qılınırdı.

-Bəs Babəkinhəqiqi mübarizəsi kimə qarşı idi?

-Bilirsiniz Rəşidi xəlifələr dövründən sonrahakimiyyəti ələ keçirən Əməvilər sülaləsi, ondan sonra da taxta çıxan abbasilərin apardığısiyasət tamamilə İslamdan və insanlıqdan çox uzaq idi. Artıq beynəlmilərçi diniolan İslam ərəb şovinizminin əlində silaha çevrildi. Onlar ərəb olmayan müsəlmanlaraqarşı ayrı seçkilik etməyə başladılar və onları "məvali” (ərəb olmayanalara verilən ad) kimi çağırmağa başladılar.Hətta şovinist xəlifələr başqa millətlər arasında İslam dinin yayılmasını,başqa dində olanların müsəlman olmalarını istəmirdilər. Bunun da ən böyük səbəbio idi ki, daha çox talançı vergi yığsınlar. Çünki İslamı qəbul edənləravtomatik vergidən azad olunmalıydı, bu da xilafətin başında duranlara heç cürsərf etmirdi. Ona görə də bütün ərəb olmayan xalqlar var-yoxlarındançıxırdılar. "Hərşeyşünas”lar bağırırlar ki, Babəkə qədər bütün Azərbaycancoğrafiyası, Xorasan və digər ərazilər tamamilə könüllü olaraq müsəlmanlaşmışdılar.Təbii ki, bu yalandı, çünki Azərbaycanda xeyli sayda xristianlar, can vergisiolan "cizyə” ödəyən digər dini inancda olan xalqlar da yaşayırdı. Həmçinin Babəkəqədər iki əsrə yaxın həm Azərbaycanda, həm Xorasanda, həm də digər ərazilərdəçoxsaylı silahlı üsyanlar baş verib.

Ən böyük üsyanın biri 750-ci ildə Əbu Müslümün rəhbərliyialtında Xorasan da baş vermiş üsyan idiki, nəticədə Əməvilər taxtdan salındı və Abbasilərin hakimiyyəti başladı.Sonralar abbasilər Əbu Müslümün nüfuzunun daha çoxalmasından ehtiyyat edərəkonu edam etdirirlər, nəticədə Xorasanda onun tərəfdarları yeni-yeni üsyanlar həyatakeçirirlər. Amma buna baxmayaraq hər bir üsyan amansızlıqla yatırılır.

-Əbu Müslümdənsöz açdınız. Bəzi mənbələrdə gəlir ki, güya Babəkin Əbu Müslümə qohumluğuçatır, hətta onun qız nəvəsi olduğu da vurğulanır. Bu deyilənlər həqiqətdirmi?

-Bəzi tarixi mənbələrdə bu qohumluq vurğulanır.Düşünürəm ki, şəcərə baxımından az da olsa həqiqət var.

-Dilavər müəllim,"Lider” telekanalında efirə gedən "Status” verlişində aponentiniz olan deputatFazil Mustafa qeyd etdi ki, Babəkə qədər bu ərazilərdə demək olar türklərolmayıb, elə Babəkin özü də türk olmayıb. Onun dedikləri nə dərəcədə həqiqəti əksetdirir?

-"Azərbaycana kütləvi türk köçü XI əsrdə səlcuqlarlabağlıdır və yalnız bu prosses nəticəsində biz türkləşdik” deyən "savad”lılaraVII əsrdə yaşamış və xəlifə I Müaviyənin ən yaxın adamı olan yəmənli Abid Üveydibn Şəriyyə ilə dialoqu tarixi qaynaq kitabı olan "Kitab əl-Tican”da gəlir.Orda Müaviyyə soruşur: Türklər və Azərbaycan nə deməkdir? Cavab olaraq AbidÜveyd ibn Şəriyyə deyir: "Ya əmirəl-möminin hər ikisi onların ölkəsidir. Azərbaycanqədimdən türklərin yaşadığı ölkədir”.

Mərhum alimimiz olan Ziya Bünyadov öz monoqrafiyalarındayazır ki, bu mənbəni şübhə altına almaq olardı, amma 1126-cı ildə müəllifi bəlliolmayan, farsca yazılmış "Mücməl ət-Təvvarix” əsərində də Müaviyə ilə İbn Şəriyyənindialoqu təhrif olunmadan qeyd olunur.

Həmçinin Ziya Bünyadov onu da xüsusi vurğulayır ki,yerli əhali (türklər) ərəblərə qarşı hər zaman müqavimət göstərib. Bu səbəbdən ərəblərbu ərazilərdə özlərinə dayaq yaratmaq üçün çoxlu sayda ərəblər köçürdülər,lakin onların çoxu sonralar gəldikləri kimi geri qayıtdılar, qalanlar isə tamamilətürkləşdilər. Bütün Azərbaycan coğrafiyası kimi Babəkin dünyaya gəldiyi Ərdəbilvə ətraf ərazilərdə türklərin məskunlaşdığı ərazi olduğundan qəhrəmanımızdabirmənalı olaraq türkdür.

-Babəkhaqqında Avropa tarixçilərinin, araşdırmaçılarının da hər hansı əsərləri varmı?

-Əlbəttə var. Bu yaxınlarda "Kembric” universitetiningilis dilində dərc elətdirdiyi bir neçə kitablar əlimə keçdi. Onlar içindəavstriyalı Erik Fayqlın "Azərbaycan odlar yurdunun tarixi”, britaniyalı BernardLüisin "Tarixdə ərəblər”, Edvin Raytın "Bəzzdən olan Babək və Afşin” və digərləri.

Məsələn, Bernard Lüis əsərində qeyd edir ki, İran hərəkatıiçində ən uğurlusu Babək hərəkatı idi”, Edvin Rayta görə isə "Babəkin gerçək hədəfi Azərbaycanınistiqlaliyyəti idi”.

Mərhum Ənvər Məmmədxanlının Babək haqqında yazdığıromanında bizim ciddiyə almadığımız Babəkinsərkərdələrindən olan Nəsir obrazı var. Çoxlarının yalnızca ədəbi obraz hesabetdiyimiz Nəsir sonralar Bizansa keçərək orda imperatorun bacısı ilə evlənərəkhəmin xanədanığa iddia etməsi də tarixi faktdır, hansı Kembric universitetinindərc etdirdiyi digər kitablarda qeyd edilir.

-Dilavər müəllim,bəzi tarixçilər Babəki yalnız üsyankar kimi yox, həm də hökmdar kimi qələməverirlər. Bu nə dərəcədə doğrudur?

-Babək 830-cu ildə Həmədan döyüşündən sonra Bütüntarixi Azərbaycan torpaqlarını azad elədi, Gilan ərazilərini də öz təsirialtına aldı. Babək valilər təyin edirdi. Onun apardığı mübarizəni həm Azərbaycanda,həm də digər ərazilərdən on minlərlə dəstək verənlər var idi. Ona görə də birçox rus, avropa tarixçiləri qeyd edirlər ki, əgər pul tapılsa idi, həmin dövrdəbaş verək prossesləri hərəkət yox, dövlətdə adlandırardıq.

Bir tarixi fakt deyim ki, Osmanlı dövləti 1299-cuildə yaransa da, yalnız 31 il sonra Orxan qazinin zamanında pul kəsilməyəbaşladı. Əgər Babəkdə qalib olsa idi, sözsüz öz adından pul da kəsdirəcəkdi.

-Bizansimperatorluğu Babəki müstəqil hökmdar kimi tanıyıb, Gilan rəhbərləri də onunhökmranlığını tanıyaraq sığınıblar. Bəlkə tarixçilərimiz bizans mənbələrini yetərincəaraşdırmayıb. Pul kisələrinin sirli məkanlarda gizləndiyi ehtimalı yoxdurmu?

-Etiraf edim ki, pul bəlkədə hansısa məkanlarıntorpaq qatlarında qalmaqdadır. Biz araşdırmalarımızı davam etdiririk. Babəkiyalnız Bizans dövləti və gilanlılar deyil, Xəzər Xaqanlığıyla da əvəllər yaxınmünasibətləri var idi. Sadəcə Xəzər xanədanlığı artıq yəhudiləşmişdi ki, bu dadövlətin döyüşkən, fəthlər edən xəzərləri daha çox ticarətlə məşğul olmasına gətiribçıxardı, daha doğrusu öz qüdrətlərini ticarətə qurban verdilər. Eyni zamanda xəzərlərləXilafət arasındakı ticarət sazişlərinə görə Babəklə münasibətlər pozuldu.

-Fəridə MəmmədovaAlbaniya ilə bağlı araşdırma əsərlərində albanların və həmin dövr Azərbaycan ərazisindəyaşayan digər xalqları qafqazdilli, irandilli kimi təqdim edərək bu ərazilərdətürklərin olmadığını vurğulayır. Onun dedikləri həqiqətdirmi?

-Adını qeyd etdiyiniz şəxs "Hind-avropa” nəzəriyyəsinintəsirindən çıxa bilməyən "alim”lərimizdəndir! Onu sadəcə olaraq məşhurlaşdırdılar.Bilirsiniz biz tələbə olanda F.Məmmədovanın kitablarını Axundov adına mərkəzikitabxanada "redki zal” deyilən otağa qoyurdular ki, kitabın sayı məhduddur, onu oxumağa götürəndəimza qoymalıydın və s. bu kimi hallarla o şəxsi göyə qaldırdılar. Müstəqillikdönəmində də reklam elədilər ki, ay ermənilərə belə cavab verdi, onları matqoydu. Əslində isə o da aponentim olan "deputat” kimi "XI əsrə qədər bu ərazilərdətürklər olmuyub” - deyə, aləmə car çəkənlərdəndir. Elə bu mövqeyi ilə o və onunkimi üzdəniraq "tarixçi”lər ermənilərin əlinə bayraq vermiş oldular. Həmçinindüşünürəm ki, onun əsərlərində sifariş də var.

-Dilavər müəllim,aponentiniz olan "deputat” qeyd edir ki, biz M.Ə.Rəsulzadənin baxış bucağı ilətariximizə baxmalıyıq. Cumhuriyyət banisinin baxış bucağında isə Babəkə yeryoxdur. Sizcə M.Ə.Rəsulzadə öz əsərlərində Babəki aşağılayıbmı?

-Böyük mütəfəkkir Hötenin gözəl deyimi var: "Tarixzamanından asılı olaraq yenidən yazılmalıdır”.

Bu aforizm o demək deyil ki, köhnə tarixi silməli,təhrif etməliyik. Ona görə yazılmalıdır ki, yeni-yeni nəzəriyyələr meydanaçıxır, tarix yenilənir.

Böyük Rəsulzadənin vaxtında müstəqil Azərbaycanıntarix elmi, şüuru yoxdur, "Hind-avropa” nəzəriyyəsinin ən pik nöqtəsidir, həmindövrdə Babəki ancaq İslama qarşı olan, onu söyən, aşağılayan kitablar yazılır,təbliğatlar aparılırdı. Bütün bunları görən Rəsulzadə Babəki tərifləyəsideyildi ki?!...

Biz bədbəxt olduq, bizim torpaqlarımız iki yerəyox, beş yerə bölünüb, parçalanıb. Bizim böyük faciəmiz odur ki, öz tarixitorpaqlarımızla həmsərhədik, bundan da böyük faciəmiz tariximizinsaxtalaşdırılmasıdır!

"Hind-avropa” nəzəriyyəsi beynimizə elə yeridilibki, ondan qurtula bilmirik. Biz o nəzəriyyəyə qədər olan böyük birsivilizasiyanı nə qəbul edə bilir, nə də qəbul etdirə bilirik. Baxın, Türkiyəalimlərinə sübut edə bilmirik ki, Şərqi Anadolunun 7 min illik türk tarixiolub. Qayıdıb deyirlər ki, "əşşi özünüzdən amerika çıxartmayın XI əsrdə butorpaqlara köç etmişik”.

Firuddin Cəlilov deyir ki, etruskların 60% türkdüona gülürlər, halbuki ömrünün 60 ilini Etrusk mədəniyyətinin və tarixinin öyrənilməsinəhəsr etmiş italyan alimi Mario Alineli deyir, hamısı türkdür. Mən deyirəm romapadşahlarının beşi türk olub məni ələ salırlar, hansı ki, Mario Alineli deyir7-8 türk olub.

Tarixi şüur yaratmaq çox çətindir. Bu tək tarixinstitutu və tarixçilərin işi deyil. Müasir dövrdə tarixçilərlə yanaşı, dilçilər,coğrafiaşünaslar, siyasətçilər, əsas da mətbuat bu şüurun yaradılmasında yumruqkimi bir olmalıdır.

İngiltərə, Fransa kimi dövlətlərin tarixşünaslıqelminin 200 ildən çox yaşı var. Onların tarixşünaslıq elmləri özləri üçün vahidsistemli tarixi şüur yaradıblar və onu qoruyurlar.

-GüntayGəncalp öz əsərlərində başda Şah İsmayıl olmaqla bütün səfəvilərin türkolmadığını, eləcə də təhqirlərlə dolu digər məqamlar var. Sizcə onun yazdıqlarıtarixi qaynaqlaramı əsaslanır, yoxsa şəxsi "təxəyül”üdürmü?

-Əvvəla onu deyim ki, İranda taxtı Rza Şah Pəhləvi ələkeçirəndən sonra İran tarixini farslaşdırmaq üçün onunla həmrəy olan "tarixçi”ləribir yerə yığaraq təşkilat yaratdı. Həmin təşkilat üzvləri içərisində ənnüfuzlusu, qatı fars şovinisti olan tarixçi Əhməd Kəsrəvi idi. Amma bunabaxmayaraq, Kəsrəvi belə, Şah İsmayılın və səfəvilərin türk olduğunu etirafedirdi. Eləcə də türk tarixçilərinin çoxu Xətaini birmənalı olaraq türk hesabedir.

İkinci, mərhum tarixçi alimimiz olan Oqtay Əfəndiyevdeyərdi ki, bir adam orta əsrlərlə bağlı ən azı 20 il tədqiqat aparmadan tarixikitab yazırsa o ciddi kitab sayıla bilməz. Oqtay müəllim 86 illik ömründəiki-üç güclü monoqrafiya yazıb, iki kitabı bütün dünya tarixçiləri tərəfindən qəbuledilir.

Üçüncü, orta əsrlərlə bağlı qaynaqlar tapmaqolduqca çətindir. Mən Nadir Şahla bağlı neçə illərdir araşdırmalar aparıram.Türkiyədən, Avropadan belə bütün tarixçilərə yazmışam ki, Nadirlə bağlı mənəqaynaqlar, ciddi araşdırma yazılar göndərin, kömək edin, amma nəticə yoxdur.

Güntay və onun kimilər gecəni yatıb, səhərə durubkitab yazır, adını da qoyur əsl tarixi həqiqət budur. Ortada da heç bir tarixiqaynaq yox. Onun yazılarında təhqir, təhriflə yanaşı sifarişində olduğunudüşünürəm.

-Sizə elə gəlmirmiki, Babək, Ş.İ.Xətai, M.Ə.Rəsulzadə, M.C.Bağırov, Ə.Elçibəy, H.Əliyev kimitarixi şəxsiyyətlər sırf böyük xidmətləri olduqları üçün hədəfə alınaraq,onları gözdən salmaq istəyirlər?

-Bilirsiniz, sağ-solumuzdakı qonşu dövlətlər daimbizə qarşı paxıllıq ediblər, çünki bizim Saci, Sallari, Atabəylər, Səfəvi kimiAzərbaycan coğrafiyasını birləşdirən dövlətlərimiz olub. Şah İsmayıl Xətai kimimöhürünü vuran böyük şəxsiyyətimiz olub. Bütöv Azərbaycan coğrafiyamızı təsəvürediriksə, indiki dilimizdə danışırıqsa və s. kimi dəyərlərimizi böyük Xətaiyəborcluyuq.

Nadir Şah kimi qüdrətli hökmdarımız olub, hansı ki,səfəviləri çöküşdən ucalara qaldırdı, əfqanları ölkədən qovdu, rus qoşunlarınıAzərbaycandan çıxartdı, Hindistanı fəth etdi.

M.Ə.Rəsulzadə, Ə.Elçibəy, H.Əliyev kimi həm milli,həm də dünya tarixində iz qoymuş şəxsiyyətlərimiz var.

Baxın, ermənilərin tarixi başdan-ayağa yalanla zəngin,gürcülərin qüdrətli dövlətləri, imperiyaları, Stalindən başqa nəhəng şəxsiyyətləriyoxdu, rusların soy köklərinin hamısı türkə, monqola çıxır, farslar neçə əsrbizim boşqablarımızın dibini yalayaraq yaşayıblar.

Ona görə də sapı özümüzdən olan baltalarvasitəsiləqüdrətli tarixi şəxsiyyətlərimizi kafir, satqın, əclaf, cəllad kimi xalqa təqdimetmək istəyirlər. Bununla da xalqınınqürur, iftixar hislərini məhv etmək istəyirlər.

-Sizə elə gəlmirmiki, H.Əliyevə məddahlıq edən ikiayaqlılar onu böyük siyasi xadim kimi yox,lokal səviyyəli şəxsiyyət kimi təqdim edirlər, bununla da mərhum prezidenti xalqıngözündən salmaq istəyirlər?

-Heydər Əliyev SSRİ-də yetişmiş, onun bütün incəliklərinidərindən bilən, amma öz xalqına bağlı olan azman şəxsiyyətdir. O, balaca yerəsığmayan şəxsiyyət olub.

Yuri Andropovun diplomat oğlu olan İqor Andropovxatirələrində yazır: "Atamdan soruşdum ki, özündən sonra kimi SSRİ rəhbərigörürsən?

Üç nəfərin adını çəkdi: Andrey Kirilenki, QriqoriRomanov, Heydər Əliyev”

Bir nüansı da vurğulayım ki, 1991-ci ilin avqustundaQKÇP hadisələri zamanı o vaxtkı vitse-prezident Genadi Yanayevin yerində HeydərƏliyev olsa idi, SSRİ öz mövcudluğunu qoruyacaqdı.

Çox təəssüflər olsun ki, bu gün bir çox məddahlaronun adından istifadə edərək özləri üçün karyera qurur, var-dövlət yığır. Eynizamanda bütün nə pis hallar varsa onun adına yazırlar. Tarix özü Babəkə, Şahİsmayıla, Rəsulzadəyə, Nərimanova, Bağırova Elçibəyə, Heydər Əliyevə layiqolduqları qiyməti verəcək.

-Dilavər müəllim,bildiyimiz kimi tariximizdə çox dövlətlərimiz olub. Onlardan da biri müsbət-mənfisiilə 71 il mövcud olmuş II Respublikamız olan Azərbaycan Sovet SosialistRespublikasıdır. Bu gün bəzi alçaq ünsürlərin bu dövlətimizi aşağılamaq, təhrif,təhqir etmək, insanların yaddaşından və tarixdən silməyə cəhd və s. bu kimi əməlləridoğrudurmu?

-Hər şeydən qabaq o cür düşüncədə olanlar cahildirlər.Kimlərsə Azərbaycan SSR və Sovet İttifaqını sevməyə bilər, şəxsən mən özüm dəsovet quruluşunun dağılması üçün meydan hərəkatlarında iştirak etmişəm, amma bubizim tariximizdi onu dana bilmərik.

Bir etirafı da edim ki, Azərbaycan SSR-sı dövründəmədəniyyətə, əxlaqa, elmə, təhsilə daha çox yer verilirdi nəinki indi. Məhz həmindövrdə kütləvi savadsızlıq aradan qalxdı, təhsil, səhiyyə, sosial-iqtisadiinkişaf ən yüksək səviyəyə çatdı. İnsanların sosial rifahı yüksək idi. Bir rəsmistatistikanı da diqqətinizə çatdırım : "Həmin dövrlər də ABŞ-da orta hesablainsanlar il ərzində iki kitab oxuyurdusa, Azərbaycan kəndlisi 25 kitaboxuyurdu”.

71 illik tariximizin bir hissəsi olan AzərbaycanSSR danmaq, təhrif etmək, silməyə cəhd yalnız təhqir yox, eyni zamandatariximizə qarşı cinayətdir!

-20 ilRespublikaya rəhbərlik etmiş Mir Cəfər Bağırovun şəxsiyyəti haqqında nə deyəbilərsiniz?

-Bu gün bir-iki təhrif olunmuş kitabları oxuyan həryerindən qalxmışlar Bağırova qarşı cahilcəsinə təhqirli fikirlər bildirirlər.Bağırova qiymət verməmişdən öncə dövrün şəraiti nəzərə alınmalıdır.

İkinci, o cür totalitar rejimdə Bağırov xalqımızıdaha çox qırğınlardan, deportasiyalardan qorudu, ermənilərin Qarabağ vəNaxçıvan torpaqlarımızdan ərazi iddialarına qarşı tək başına mübarizə apardı, CənubiAzərbaycanda soydaşlarımıza bir ildə olsa azadlıq daddırdı, dilimizi qaytardı,Cənubla-Şimali Azərbaycanı birləşdirməyə çox yaxın oldu, eləcə dəvurğulamadığım minlərlə xidmətləri olub xalqımız üçün.

-Bağırovu AzərbaycanınXX əsrdə yetişmiş 5 siyasi xadimindən biri hesab etmək olarmı.

-Yuxarıda sadaladığım faktlara əsasən Bağırov zatənöz adını məşhur siyasi xadimlərimiz sırasına yazdırıb. Bir mənalı şəkildə deyirəm:Bağırov XX əsrdə yetişmiş və Azərbaycan dövlətçiliyin qorunması uğrunda mücadiləaparmış öncül tarixi şəxsiyyətlərimizdən biridir.

-Dilavər müəllim,sonda xalqımıza nə demək istərdiniz?

-Xalqımıza birinci növbədə onu demək istəyirəm ki,vaxtilə biz böyük tarixi coğrafiyaya sahib olmuşuq, sonradan beş yerəparçalanmışıq və yalnız tarixi ərazilərimizin 1/5 hissəsində XX əsrdə çox çətinliklərespublika quruluşlu dövlətlər qurmuşuq. Bu böyük nemətdir, ona görə də dövlətimizisevib qorumalıyıq.

İkinci, tariximizə, dövlətimizə qarşı təhqirlər, təhrifləryağdıranlara qarşı daim aktiv mübarizə getməli, onlara sosial şəbəkələrdəcavablar verməyə hazır olmalıyıq.

Üçüncü, xalqımız özünü bütövlülük şüurunda tərbiyəvə inkişaf etdirməlidir. Bütövlülük isə coğrafi və tarixi şüurdan keçir.

Abdullaİsmayıloğlu