Tarif Şurası bəzi dərmanların qiymətlərini müəyyənləşdirdi
Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib.
İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.
Qərar iyulun 23-dən qüvvəyə minir.
Digər Xəbərlər
22 Iyul 2026 16:16
Vətəndaşlar artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
22 Iyul 2026 16:01
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
22 Iyul 2026 15:46
Qeyri - ixtisas sahibi vəzifədə olanda...
22 Iyul 2026 15:36


Bakı -°C

