Tanınmış teleaparıcı AzTv-də
Bu gün saat 22:25-də AzTV-də dünyaca məşhur "Jeopardy!” şousunun Azərbaycan versiyası yayıma başlayacaq.
Adalet.az-ın "1news.az”a istinadən xəbərinə görə, layihənin aparıcısı Leyla Əliyeva olacaq.
Yarışma janrında olan proqramın müəllifi Merv Qriffindir. Şou ilk dəfə 1964-cü il martın 30-da ABŞ-da NBC kanalında yayımlanıb. Lisenziyalı layihənin ölkəmizdə yayımlanan versiyası "61!” adlanacaq.
Uzun fasilədən sonra yenidən efirə qayıdan L.Əliyeva verilişlə bağlı məlumat verib:
"Şou verilişləri mənlik deyil. Ona görə də uzun müddətdir efirdə yoxam. Maraqlı təklif gözləyirdim. "GameTV.az” şirkətindən - Balaş Qasımovdan təklif aldım. Sevinə-sevinə razılaşdım. Eyni zamanda bu beynəlxalq bir layihədir. Bizim də efirlərdə belə bir şounun olması sevindiricidir. İnsanlar öz biliyi ilə pul qazanacaq”.
Digər Xəbərlər
29 Aprel 2024 09:21
Bakıda 31 dərəcə isti olacaq - Günün havası
28 Aprel 2024 14:46Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51