adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyul 2020 12:09
15885
GÜNDƏM

Tanınmış din xadimindən maraqlı araşdırma

Hacı Surxay Məmmədli tanınmış din xadimlərimizdənbiridir. Onun telekanallarda İslami dəyərlər, mənəvi dünyamızla bağlıçıxışları, mətbuat səhifələrində işıq üzü görən araşdırmaları maraqlaqarşılanır. Hacı Surxay Məmmədli Qafqaz Müsəlmanları İdarəsi sədrinin İçərişəhərüzrə səlahiyyətli nümayəndəsi kimi ölkəmizdə din-dövlət münasibətlərinininkişafına, İslami məzhəblər arasında vəhdətin qorunmasına da öz töhfəsiniverir.

Tanınmış din xadiminin bu günlərdə yeni kitabı nəşredilib. "İnsan-təhlili bitməyən varlıq” adlı kitabda müəllif insanın əsrarəngiz və İlahi varlıq olmasını,"insan” sözünün mənşəyini Qurani-Kərimdə insanın yaranış məsələsinə münasibətivə digər maraqlı və aktual mövzuları araşdırmağa çalışıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB DinlərarasıŞurasının həmsədri, tarix elmləri doktoru, professor, Şeyxülislam AllahşükürPaşazadə kitaba yazdığı "Ön söz”də tədqiqatçı-müəllifin bu sahədə elmi-diniaraşdırmalarını müsbət qiymətləndirib: "Allah-Təalanın yaratdıqlarının ən qiymətlisiolan insan ona bəxş olunmuş əql, zəka ilə həyatı boyu özünü dərk etməyə səyedir. Çünki özünü dərk etməyə çalışan insan xeyirxah olar, yaşadığı cəmiyyətə mənfəətgətirə və Allahın sevimlisinə çevrilə bilər. Bu, eyni zamanda, insanın təkamülprosesində olmasından xəbər verir. Bəşər övladı bu prosesdə inkişaf yoluna qədəmqoyur və inkişaf etdikcə təfəkkürü artır. Əlbəttə, bütün bunlar insanın ali hədəfəçatmasına-özünü tanımasına, bütün yönlərindən özünü təhlil etməsinə doğruaparır.


... İnsanın xislətini, malik olduğu məqam vəmövqeyini aydınlaşdırmaq, onu bütün yönlərin ilə təhlil etmək üçün ən doğru vədürüst yol Qurani-Kərimin ayələri əsasında bu ecazkar və İlahi mənbəyə müraciətetmək, bu səmavi Kitabın vasitəsilə kamilləşmək, kamil dünyagörüşünə malikolmaqdır.

Din xadiminin üzərinə düşən vəzifələrdən biri də məhzQuran ayələrinə söykənərək daxilən zəngin və güclü olan, mənəvi aləmini dərindəndərk edən, imkan və vəzifələrini dürüst bilən insanların formalaşması prosesinəyardım etmək, lazım olan töhfəni verməkdir. Xitabət nitqi və ictimai mövqeyi iləseçilən Hacı Surxay Məmmədli istər mənbər, istərsə də yaradıcılıq və elmi-diniaraşdırma fəaliyyətində bu vəzifəni özünəməxsus tərzdə yerinə yetirməkdədir.Buna görə də onun müəllifi olduğu "İnsan-təhlili bitməyən varlıq” adlı əsəriUca Allahın yaratdığı ən ali varlıq olan insanın yaranışından dolayı, eləcə dəbu ali varlığın bioloji və psixoloji istiqamətdə tədqiqindən ötrü uğurlu cəhdhesab edirəm.

... Bir tədqiqatçı-müəllif kimi, Hacı Surxay Məmmədliyəgələcək yaradıcılıq işlərində və elmi-dini araşdırmalarında uğurlar diləyirəm.Ümidvaram ki, oxucular bu əsərdən gözəl mətləblər əxz edəcəklər”.

Kitabın elmi redaktoru QMİ-nin Fətva və moizələrşöbəsinin müdir müavini Əhliman Rüstəmov, elmi məsləhətçisi həmin şöbəninimamı, AMEA-nın doktorantı Samid Quliyev, texniki redaktoru Hüseyn Kərimovdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığıilə "Nurlan” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunan "İnsan-təhlili bitməyənvarlıq” kitabında Azərbaycan, türk və ərəb dillərində yazılan qiymətli elmi mənbələrdəndolğun şəkildə istifadə edilib. Hacı Surxay Məmmədlinin yeni əsərinin dəmaraqla qarşılanacağına inanırıq.

Etibar CƏBRAYILOĞLU