adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 May 2022 11:43
1319
ŞOU-BİZNES

Tanınmış müğənninin son halı şok etdi: Qumral, yoxsa sarışın...

Türk fantaziya musiqisinin gözəl ifaçılarından biri müğənni Pınar Dilşəkər hələ1990-ci illərdə “ Şinanri” mahnısı ilə Azərbaycan tamaşaçısını da valeh elədi

25 iyul 1972-ci ildə anadan olanmüğənni İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasını bitirib. İlk dəfə İbrahim Tatlısəsin "Allahım, neydi günahım?" klipdə çəkilib. Sonra müxtəlif albomlar, kliplərlə pərəstişarlarının qəlbində özünə yer tutdu.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, qumral saçlı, qumral gözlü Pınarın son halı hamını təəccübləndirib. Tanınmış müğənninin saç rəngini dəyişməsi pərəstişkarlarını iki yerə bölüb. Bir qisim onun əvvəlki görkəmini, başqa bir qisim isə müğənninin sarışın halını bəyənib.

Qeyd edək ki, iş adamı Çetin Yılmazla ailə quran Pınar Dilşəkərin bu evlilikdən Mert Ali adlı oğlu olub. Uyğunsuzluq səbəbindən evliliklərini bitirmək qərarına gələn Pınar uzun tənhalıqdan sonra iş adamı Əhməd Hamoğlu ilə nişanlandı. Uzun müddətdir yaş fərqinə görə medianın gündəmində mövzu olan cütlük qısa müddətdən sonra ayrıldılar.

2014-cü ildə son albomunu çıxaran Pınar Dilşəkər indi tabloidlərdən uzaq bir həyat sürür. Müğənni ancaq xüsusi gecələrdə və dəvətlərdə səhnəyə çıxır.

 

Əntiqə Rəşid