Tanınmış aparıcı Lider TV-dən getdi
Aparıcı Könül Muxtarova “Lider” telekanalı ilə yollarını ayırıb.
Adalet.az Axşam.az-a istinadən xəbər verir ki, o, ötən gün ərizəsini yazaraq işdən çıxıb.
Buna səbəb isə telekanalın yeni mövsümdə heç bir layihəsinin olmamasıdır. Belə ki, Lider TV yalnız prodakşn verilişləri yayımlamağa başlayıb.
Xəbəri təsdiqləyən Könül bildirib ki, kanalda heç bir veriliş yoxdur.