Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”
"Müxalifət oktyabrın 19-da Bakının mərkəzində mitinq keçirməyə cəhdlə nəyə nail oldu? Əli Kərimli mitinqdən sonra dedi ki, guya aksiyada on minlərlə insan iştirak edib. Bu, yanlışdır. Əli Kərimlini virtual aləmdə bəzi insanlar dəstəkləyir, elə bilir ki, real həyatda da belədir".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. Onun sözlərinə görə, mitinqdə kütləvilik olmayıb:
"Niyə özünüzdən yalanlar uydurursunuz, özünüzü də inandırırsınız. O vaxtlar yüz minlərlə insan imperiyadan azad olsun deyə meydanlara çıxırdı. İndi nədən azad olmaq istəyirlər? Hə, dava nədir, sən get, mən yerində oturum. Özləri də bilir ki, idarə edə bilməzlər. Əli Kərimlinin müavinləri mitinqə çıxmadı, haradan bildi ki, yüz minlər onları müdafiə edir? Qanunvericiliyə əsasən, metrostansiyanın mühafizə zonasında mitinq keçirilməsi qadağandır. Guya orada Yeni Azərbaycan Partiyası istəsə mitinq keçirə bilər? Əlbəttə, yox, çünki orada mitinq keçirmək qadağandır”.
Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57