Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək? – Millət vəkili açıqladı
“Daha beş İcra Hakimiyyətinin İT sistemləri “Hökumət buludu”na köçürülüb. "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"na əsasən, Azərbaycanda elektronlaşma prosesinin daha sürətlənəcəyi gözlənilir. Fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi mühüm prioritetlər kimi müəyyən edilib”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, sənəddə əsas istiqamətlərdən biri də kağızsız hökumət modelinə keçiddir:
“Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır”.
V.Bayramov Azərbaycanın kağızsız hökumət modelinə nə zaman keçəcəyi vaxtı da açıqlayıb:
“Plana əsasən, kağızsız hökumətin formalaşması fəaliyyət istiqamətinə uyğun olaraq əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Kağızsız hökumət dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 faizinin (maliyyə, insan resursları, satınalma) təhlilini, müəssisə resurslarının planlaşdırılmasını və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiqini özündə ehtiva edir. Bu, müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını sistemləri tətbiq olunan qurumların payının 40 faizi üstələməsinə gətirib çıxaracaq.Azərbaycanda kağızsız hökumətə keçid 2 il sonra- 2028-ci ilin iyul ayında reallaşacaq. Bununla da dövlət qurumlarında sənəd dövriyyəsinin və əməliyyatların 80 faizi rəqəmsal formata keçiriləcək. Bu, innovativ sahələrin ümumi daxili məhsuldakı payının artırılmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişləndirilməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına mühüm töhfə verəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Avqust 2026 20:00
Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirildi
25 Avqust 2026 15:19
Laçında Azərbaycanla Ermənistan enerji idxal-ixracını müzakirə etdi
25 Avqust 2026 10:50
“Özbəkistandan gələn tursitlərin sayı 34 faiz artıb”
25 Avqust 2026 10:21
“Azeri Light” ucuzlaşdı
25 Avqust 2026 09:45
Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub
24 Avqust 2026 14:18
Ödənişli xidmətlərlə bağlı VACİB XƏBƏR
24 Avqust 2026 12:39
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
24 Avqust 2026 10:22


Bakı -°C

