“Yas məclisi təsəlli, səbr, dua və sosiallaşma, həmdərd olmaq üçündür...”
“Artıq israfçılıqla müşayiət olunan dəbdəbəli yas mərasimlərinin qarşısının alınması üçün din xadimlərinin də çağırışlarına rast gəlirik. Bu müsbət haldır. Daha çox camaat içində olduqları üçün onların da bu məsələ ilə əlaqədar təbliğatına ehtiyac var”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, sağlam düşüncəli, millətini, xalqını, dövlətini sevən din xadimlərimiz var:
“Yas məclislərində bahalı menyuların təqdim olunması, ciddi israfa yol verilməsi, yas sahibinin borca düşməsi kimi hallar eyni zamanda maddi - sosial vəziyyəti ağırlaşdırır. Mənəvi dəyərlərimiz yönündən də doğru sayılmır. Yas məclisi təsəlli, səbr, dua və sosiallaşma, həmdərd olmaq üçündür. Qarın doldurmaq yeri deyil. Əksinə yas sahbinə yemək, ərzaq aparmaq, bir işin qulpundan tutmaq yeridir. Ümid edirəm ki, din xadimlərinin də bu yöndə maarifləndirmə və çağırışları faydalı olacaqdır. Bu sahədə sağlam təbliğat aparan din xadimlərinə şəxsən təşəkkür edirəm”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

