“Bu təşəbbüs on minlərlə məhbusa öz həyatını yenidən qurmağa imkan verəcək...”
“Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. 20 mindən çox şəxsə şamil ediləcək amnistiya təşəbbüsü böyük humanizm aktıdır”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, bu təşəbbüs bir daha təsdiq edir ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyaya keçirilən siyasətdə humanizm prinsipləri hər zaman əsas götürülür və hər bir vətəndaşımızın hüquqlarının yaxından qorunması bu siyasətin əsas məqsədlərindədir:
“Bu təşəbbüs on minlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında yeni səhifə açmağa imkan verəcək. Bu da ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha təsdiq edir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Məhz Azərbaycan Konstitusiyasının qəbulunun 30, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının 5 illiyini qeyd etdiyimiz dövrdə belə humanitar addımın atılması humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Dekabr 2025 15:13
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı dəyişiklik
16 Dekabr 2025 15:08
Nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək
16 Dekabr 2025 13:13
Məzuniyyətə çıxan işçilərin maaşının ödənilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 13:13
İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək
16 Dekabr 2025 13:12
İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq
16 Dekabr 2025 13:11
İşçilərdən bu məlumatları məcburi tələb etmək mümkün olmayacaq
16 Dekabr 2025 13:11
6 ay çalışan işçiyə məzuniyyət verilməsi məcburi olacaq
16 Dekabr 2025 13:10


Bakı -°C

