“Tramp bunun müqabilində bu rüsvayçı güzəştə razıdır”
“Döyüşüb ərazi itirmək, sülh naminə ərazi güzəştindən üstündür. Qərb Ukraynanı ərazi güzəştinə məcbur edib, buna nail olsalar, güc yolu ilə sərhədlərin dəyişməsi presedenti yaranacaq. Bununla da ikinci dünya müharibəsindən sonra yaranmış siyasi nizam iflasa uğrayacaq”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Rusiya taktiki üstünlük əldə edib, növbəti işğal siyasətinə başlayacaq:
“Həmçinin digər regionlarda ərazi münaqişələri başlayacaq. ABŞ Ukraynanı ərazi güzəştinə məcbur etməsi və bəzi Avropa ölkələri bu planı dəstəkləməsi Qərbin rüsvayçı şəkildə Rusiya qarşısında məğlubiyyəti olacaq. Döyüşüb ərazi itirə bilərsən, onunla barışmayıb bir müddətdən sonra, yenidən ərazilərini döyüşüb, qaytara bilərsən. Amma sülh üçün ərazi güzəştinə getmək məğlubiyyət və rüsvayçılıqdı. Rusiya kimi aqressor və bir imperialist ölkəyə ərazi güzəşti sülh gətirməyəcək, yeni faciələrə və işğallara zəmin yaradacaq. D.Tramp V.Putinin Sibirin yeraltı sərvətlərini birgə işlədilməsini təklif edib. Tramp bunun müqabilində bu rüsvayçı güzəştə razıdır”.
Vasif
Digər Xəbərlər
12 Dekabr 2025 11:46
Trampdan İrana HƏDƏ: Yenidən zərbə endirə bilərik
12 Dekabr 2025 11:41
Tokayev Xəzər dənizi ilə bağlı çağırış etdi
12 Dekabr 2025 11:17
Türkiyənin tarixi şəhəri İzmir - FOTOLAR
12 Dekabr 2025 10:54
Moskvada hava limanları fəaliyyətini dayandırdı
12 Dekabr 2025 09:45
Türkiyə XİN: Avropa Ukraynaya çətin seçimlər etməkdə kömək etməlidir
11 Dekabr 2025 14:06
Putin və Ərdoğan sabah Türkmənistanda görüşəcək
11 Dekabr 2025 13:31
Qazaxıstan və İran arasında hökumətlərarası sazişlər imzalanıb
11 Dekabr 2025 12:00


Bakı -°C

