“Zorakılıq bir anda psixoloji partlayış nəticəsində baş verir...”
“Kişi evə işdən və ya məclisdən alkoqollu halda qayıdır. Qadın onu yeməyin hazır olmaması, ya da uşaqların səs-küy salması ilə qarşılayır. Kişi ani şəkildə qəzəblənir, səslənən hər sözə hörmətsizlik kimi reaksiya verir. Qadına qarşı fiziki zorakılıq (vurmaq, itələmək) və ya psixoloji təqhir (söymək, alçatlmaq) tətbiq edir”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə kişidə planlı nəzarət yoxdur:
“Bu, nəzarətçi-dominant tipdən fərqlidir. Zorakılıq bir anda psixoloji partlayış nəticəsində baş verir. Zərərçəkmiş qadın çox vaxt deyir: “Normal vaxtı mehriban insandır, amma əsəbləşəndə özünü idarə edə bilmir”.
Sosial konteksdən nəzər salsaq, kənd yerlərində bu tip zorakılıq çox vaxt məişət səbəbləri ilə baş verir. Məsələn, çay isti olmadı, uşaq sakit dayanmadı. Şəhərdə isə daha çox işsizlik, maddi sıxıntılar və stress fonunda müşahidə olunur. Bəzi hallarda kişi qəzəb partlayışından sonra üzr istəyir, hətta qadına hədiyYələr alır, amma bir müddət sonra zorakılıq təkrarlanır.
Bir qadın bizə ifadəsində bunları deyir:
“Ərim əsəbləşəndə gözümün içinə baxmır, bir anda qışqırır, qabları sındırır, uşaqlar qorxudan ağlayır. Əsəbi keçəndən sonra deyir ki, “mən elə demək istəmirdim, əsəbləşdim”. Mən bilirəm ki, o, məni planla incitmir, amma özünü saxlaya bilmir. Elə buna görə də hər dəfə qorxu içində yaşayıram””.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16


Bakı -°C

