01 Noyabr 2025 13:21
85
DÜNYA

“Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını...”

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın edərək yüksək rütbəli hərbçiləri həbs etməsinin arxasında çevriliş planlarının qarşısını almaq dayana bilər. Radikal qüvvələr gələn ilin iyununda keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyan üzərində qələbə qazanacaqlarına ümidli deyillər”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Kreml də bunu anlayır və Paşinyanı seçki yoluyla hakimiyyətdən uzaqlaşdıra biləcək siyasətçi tapa bilmir, tapdıqlarını da baş nazir müxtəlif üsullarla nüfuzdan salır: 

“Paşinyan radikalların bir qismini həbsdə saxlayır, digələrinə qarşı məhkəmə çəkişmələrinə üstünlük verib, kilsəni isə parçalamaq yolunda iri addımlarla irəliləyir. Ancaq bunlardan daha təhlükəlisi ordu içərisində ona qarşı qiyam planlaşdıran zabitlərdir ki, onlar Rusiya kəşfiyyatına bağlıdırlar. Görünür, növbə onlara çatıb. Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını parlament seçkilərini erkən tarixə təyin etməklə poza bilər. Bu Azərbaycanla sülh sazişinin imzalanmasını da sürətləndirərdi”.

Vasif ƏLİHÜSEYN