Siqaret çəkin, araq için...
Bütün kütləvi informasiya vasitələri, eləcə də ayrı - mütəxəssislər bar- bar bağırırlar ki, siqaret çəkməyin, araq içməyin , hətta siqaretin qutusunun üstündə Səhiyyə Nazirliyi onu çəkənləri xəbərdar edir ki, siqaret çəkmək sizin sağlamlığınıza ziyandır
Amma buna baxan kimdir? Yenə əksər insanların damağından siqaret düşmür.Bəzən təbliğatın əks təbliğatı da olur. Yəni deyirlər və xəbərdar edir ki, siqaret çəkməyən, amma yenə çəkirlər. Biz də bunun əksini deyirik: siqaret çəkin, araq için! Bəlkə belə deyəndə siqaret çəkmədilər və araq içmədilər.Çox təəssüf ki, siqaret ürək və ağciyər xəstəliklərinə düçar olan insanların düşmənidir. Ürək əməliyyatından çıxan pasiyentə kardioloqların ilk tövsiyəsi bu olur ki, siqaret çəkməyin, araq içməyin, kökəlməyə imkan verməyin!Əfsuslar olsun ki, əksər xəstələr bu tövsiyələrə əməl eləsələr də bizləri deyilənləri qulaqardına vurur və öz bildiyini edir.
Belə olanda pasiyentin ya vəziyyəti ağırlaşır, ya da o, dünyasın dəyişir. Məsələn, Əməkdar artist Vahid müəllim açıq ürək əməliyyatı keçirib. Amma həkimlərin tövsiyəsinə riayət etməyi. Və siqaret çəkməkdə davam edib, nəticə isə qanqaraldıçı olub , vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib. O, xeyli müddətdir ki, xəstəxanada müalicə alır və deyilənə görə vəziyyəti stabil- ağırdır. Allah şəfa versin!Həyat yoldaşı deyir ki, Vahid özünü qorumadı, siqaret çəkdi və saatlarla siqaret çəkilən yerdə dominə oynadı. Bu da onun fəsadları.O, özü- öz evini yıxdı. Görürsünüzmü, siqaret, araq nə qədər insanların həyatın məhv edib. Ona görə də ondan sizə " dost" olmaz!Nə qədər geç deyil, bu zəhrimardan uzaq durun!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
04 Noyabr 2025 13:28
Saxta ballar...
04 Noyabr 2025 10:31
Əczaçılıq fəaliyyəti necə tənzimlənir? – Nazirlikdən “Sağlam radio” da CAVAB
04 Noyabr 2025 10:30
Nazirlikdən dərman reklamları ilə bağlı AÇIQLAMA
04 Noyabr 2025 10:29
Şübhəli dərmanla rastlaşdıqda nə etməli?
03 Noyabr 2025 17:14
Niyə sürtgəcdən keçirilmiş pendir almaq olmaz? - TƏHLÜKƏLƏR
03 Noyabr 2025 16:20
“MedAura”da gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ
03 Noyabr 2025 09:13
Qlobal xəstəliyə səbəb olan amillər
30 Oktyabr 2025 14:20


Bakı -°C

