Şəkərbura, paxlava...
Bunlar Novruz bayramının ən gözəl şirniyyat məhsullarıdır.
Adam onları yedikcə yemək istəyir və dadından doymaq olmur.İstənilən insan ondan dadmaq istəyir.Amma gərək hər şey qədərində olmalıdır.Əfsuslar onsun ki, buna çoxları əhəmiyyət vermir.Normadan artıq şəkərbura, paxlava, badambura, qoğal istehlak edir, sonra da öldüm- öldümə düşürlər, 103- ə zəng edib həkim çağırırlar. Həkimlər də gəlib görür ki, bəzi adamlar o şirniyyatlardan o qədər yeyiblər ki, axırda da, pəndəm olublar.Və həkimin müdaxiləsindən sonra özlərinə gəlirlər.
Bir dostum var, şəkər xəstəliyindən əziyyət çəkir, ancaq tamahını saxlaya bilmir. Bayram günlərində çoxlu şəkərbura, badambura, paxlava... yeyib və axırda da şəkəri 400- ə qalxıb. Həkimlər vaxtında ona kömək etməsəydi, komaya düşəcəkdi. Allahın ona yox, balalarına yazığı gəldi və həkimlərin yardımı ilə həyata qayıtdı. Bax, tamahının əsiri olan belə xəstələr özlərini qorumalıdırlar.Ona görə də bayram günlərində həddindən artıq şirniyyat məhsuları yemək insanların səhhətində problemlər yarada bilər!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

