Əlverişsiz hava şəraiti...
Ölkəmizdə hava şəraiti tez- tez dəyişir. Çünki indi kiçik çillədi.. Sinoptiklər isə məmləkətimizdə fevralın 14- dən havanın dəyişəcəyini, yağış yağacağını, dağlıq rayonlarda isə qar olacağını öncədən məlumat verib.
Ona görə də əlverişsiz hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin sürücüləri də maarifləndirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev " Ədalət" in əməkdaşına bildirib ki, belə yağışlı- yağmurlu havada sürücülər daha diqqətli olmalı, şürət həddinə əməl etməli, magistral yolda ara məsafəsi saxlamalı, manevr və ötmə əməliyyatını məsuliyyət yerinə yetirməli, qarlı havada, yollar buz bağlayanda təkərləri qış mövsümünə uyğunlaşdırmalı, texniki cəhətdən nasaz avtomobilin sükanı arxasınada əyləşməməli, təcrübəsiz sürücülər həmin günlər nəqliyyat vasitələrini idarə etməkdən uzaq durmalıdırlar.
Heç kimə sirr deyil ki, əlverişsiz hava şəraitində yol- nəqliyyat hadisələrinin baş verməsi ehtimalı daha da artır. Göründüyü kimi, sürücülər birmənalı olaraq yol polisinin tövsiyələrinə əməl etməyə borcludurlar. Ən azından tövsiyələrə əməl etmək hər bir hərəkət iştirakçışının mənzil başına sağ - salamat çatması deməkdir.
Emil Faiqoğlu
Digər Xəbərlər
16 Fevral 2026 19:51
Arzu Əliyeva "Qaranlıqdan sonra" adlı tədbirdə iştirak edib - FOTOLAR
16 Fevral 2026 17:10
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
16 Fevral 2026 13:41
Daha 60 ailə Qarabağa yola salındı - YENİLƏNİB
16 Fevral 2026 10:07


Bakı -°C

