Yaxşı həkim az maaşla işləməz
Bu gün ölkəmizdə səhiyyə sahəsində çox böyük inkişafa nail olunub.
Belə ki, dünya standartlarına cavab verən xəstəxanalar və klinikalar inşa edilib. Və tibb ocaqları ən müasir texnologiya, avadanlıqlarla təchiz edilib. Bütün bunlar ən ağır xəstələri müalicə etməyə imkan verir.Üstəlim də ölkəmizdə heç də Avropa həkimlərdən geri qalmayan istedadlı və savadlı həkimlərimiz var. Amma bu savadlı həkimlərə bəzi xəstəxanaların direktorları göz verib, işıq vermirlər.
Təbii ki, belə olanda o həkimlər ya iş yerlərini dəyişir, ya da bu da alınmayanda ölkəni tərk edirlər. Son illər yüzlərlə həkim Avropa ölkələrinə üz tutub. Bu gün respublikamızda həkim çatışmazlığı var. Təkcə Füzuli rayonunda yüzə yaxın həkim yeri boşdur. Tibb Universitetini bitirmiş məzunlar isə gərək
Dövlət İmtahan Mərkəzində imtahan versin və bundan sonra işə qəbul edilsin. Bu isə uzun bir prosesdir. Təbii ki, az maaşla heç kim rayon yerində həkim işləmək istəmir. Savadlı və təcrübəli həkimlər isə rayondan Bakıya gəlib, özəl klinikalarda işə düzəlir və çörəkpulu qazanırlar.
Belə olan halda rayon xəstəxanalarında boş yerləri, ancaq təyinatla doldurmaq olar. Ali məktəbi bitirən məzunlara isə təyinat verilmir.Aydındır ki, belə durumda rayonlarda həkim çatışmazlığı olacaq. Ona görə də əlaqədar qurumlar bu barədə ciddi düşünməlidir!
Emil Faiqoğlu
Digər Xəbərlər
30 Dekabr 2025 15:16
Bayramda düzgün qidalanma ilə bağlı tövsiyələr
30 Dekabr 2025 11:10
Bayram günlərində sağlam qidalanma üçün ən mühüm qaydalar
30 Dekabr 2025 11:03
Bayram günlərindən sonra qida rejiminin bərpası - SN-dən tövsiyələr
30 Dekabr 2025 10:08
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
29 Dekabr 2025 13:00
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15


Bakı -°C

