Kaş həmişə belə ola...
Bakıda uzun müddət idi ki, küçə ticarəti tüğyan edirdi. Hətta elə küçələr var idi ki, səki ilə getmək belə mümkün deyildi.
İndi COP- 29- la bağlı olaraq demək olar ki, paytaxtımızın bütün yerlərində küçə ticarətinin qarşısı alınır. Əvvəllər " Vosmoy" bazarı kimi tanın 8 Kilometr bazarında vəziyyət daha bərbad idi. Küçənin ortasına paş- paltar töküb satırdılar.
Bazadan piyada yuxarı qalxmaq mümkün deyildi. Hətta bazarın ətrafındakı səkidə belə sənaye məhsullarından tərpənmək mümkün deyildi. Orada hara ayaq basırdın bu məhsullarla rastlaşırdın . Bir sözlə, küçədə yerimək mümkün deyildi. Eyni zamanda Yeni Günəşlidə də küçə ticarətinin qarşısı alınıb.
Bir qadın vardı, içi qarpız, meyvə dolu maşını küçədə saxlatdırıb, məhsulları yolun ortasında satırdı. Hələ bu azmış kimi, o məhsulları səkiyə yığır, özü də orda əyləşib, çay içirdi, piyadalar isə səkidə yeriyə bilmir, məcbur olub, yolun hərəkət hissəsinə çıxırdılar. Bu qayda- qanunun bərpa olunmasında Çevik Polis Alayının çox böyük xidməti var! Küçələr və səkilər təmiz olanda Bakımız daha gözəl görünür. Kaş , həmişə belə ola !!!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

