Yol polisi xəbərdarlıq edir...
Sentyabrın 16- da ölkəmizin bütün təhsil ocaqlarında dərslər başlayacaq.
Ona görə də bir qayda olaraq Bakıda ilk dərs günü avtomobil sıxlığı yaşanır. Övladlarını orta və ali məktəblərə gətirən valideynlər gərgin anlar keçirirlər. Bu məsələlər həmişə yol polisini narahat edir. Hansı ki, hər dərs ili başlayanda yol polisi öncədən nəqliyyat vasitələrinin sahiblərini maarifləndiri və onlara xatırladır ki, ehtiyac olmadığı halda şəxsi avtomobillərdən istifadə etməsinlər. Amma aparılan təbliğata baxmayaraq, yeni əksər sürücülər öz vərdişlərindən əl çəkmirlər.
Bu dəfə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Toğrul Nəsirli yeni dərs ilinin açılısı ilə əlaqədar olaraq valideynlərə, sürücülərə müracət edərək bildirib ki, həmin gün imkan daxilində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Heç şübhəsiz ki, bundan nəticə çıxaranda olacaq, çıxarmayanda! Hər halda, sürücülər Toğrul Nəsirlinin tövsiyələrinə əməl etsələr, ilk növbədə problem yaşamazlar və digər nəqliyyat vasitələri üçün problem yaratmazlar. Və bütün problemlərin yol polisinin üstünə atmaq məsuliyyətsizlik, ədalətsizlikdir!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31


Bakı -°C

