adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Aprel 2024 10:59
1599
MƏMLƏKƏT

Sürücülər diqqətli olmalıdır

Ramazan bayramı ilə  əlaqədar olaraq ölkəmizdə beş gün iş olmayacaq.

Ona  görə də bir çox insanlar bayram günlərində rayonlara gedəcək, istirahət mərkəzlərinə üz tutacaqlar. Təbii ki, böyük kütlə mənzil başına  avtomobillərlə  gedəcəklər. Sirr deyir ki,  aparılan maarifləndirmə işlərinə  baxmayaraq,  elə bir çox ağır yol- nəqliyyat hadisələri bayram günlərində baş verir.

Ona görə də  Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev bir daha sürücülərə tövsiyə edir ki, onlar respublikanın avtomobil yollarında daha diqqətli olsunlar, hava şəraitinə uyğun sürət həddi seçsinlər, ara məsafəsi saxlasınlar, ötmə əməliyyatını təhlükəsiz həyata keçirsinlər, sərt döngələri nəzərə alsınlar və sükan arxasında yatmasınlar.

E.Hacıyev onu da qeyd etdi ki, bütün hərəkət iştirakçıları məsuliyyətli və diqqətli olsalar ağır qəzalar da  çox olmaz!   Ona görə də sürücülər yol polisinin tövsiyələrinə əməl etməli, sağ- salamat   getdikləri yerə çatmaq üçün üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər!

Emil Faiqoğlu