adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Aprel 2024 12:49
1534
MƏMLƏKƏT

Şəhərə taksilər gətirilir...

Onsuz da  Bakıda nə qədər desən, taksi var.

Qeyri- rəsmi məlumata görə, bu gün paytaxtımızda 60 min insan  taksi fəaliyyətilə məşğuldur. Bəlkə də iş yerləri olsa, onlar taksi sürməz və gedib bir işin qulpundan  yapışarlar. İş yerə olmadığı ücün də onlar bir işin qulpundan yapışa bilmir, taksi  fəaliyyətilə gündəlik çörək pulu aparırlar. Bu həm əhaliyə, həm də onlara sərf eləyir.

Məsələn , bir neçə gün bundan əvvəl biz Yeni Günəşlidən metronun "Xalqlar dostluğu" stansiyasına taksi ilə 2 manat 50 qəpiyə getdik! İndisə deyirlər ki, Bakıya yeni taksilər gətiriləcək və gediş haqqı bahalaşacaq! Niyə qardaş?  Məgər camaatın imkanı yaxşılaşıb! Onsuz da metroda və avtobuslarda günün "ças- pik" vaxtlarında  sıxlıqdan tərpənmək olmur. Belə anlarda insanlar mənzil başına taksilər gedir. Bunu camaata çox görürsünüz? Bir az maaş təqaüdlər artan kimi o dəqiqə həmin pullar əhalinin əlindən almaq üçün müxtəlif yollar axtarıb tapılar. Bu taksi oyunu da həmin yollardan biridir.

Hələ bir nazir utanmaz-utanmaz  deyir ki,  taksi xidməti əlçatan olmalı deyil. Nazir qardaş,bəs nə əlçatan olmalıdır? Kasıblar üçün ev almaq əlçatan deyil,maşın almaq əlçatan deyil. Yazıq camaat ucuz taksilərə minirdi, indi onu da  əlçatmaz edirsiniz?.

Bəs Allahdan qorxmursunuz?

Emil Faiqoğlu