03 Sentyabr 2023 15:52
1208
AVTOMABİL

Ara məsafəsi     

Avtomobil idarə etmək elə də asan  məsələ  deyil.

Bunun üçün ən azından  yol hərəkəti qaydalarını bilmək lazımdır. Və hər bir sürücü də bunu bilməyə borcludur. İndi keçək əsas məsələyə, yəni avtomobillər arasında  ara məsafəsinin saxlanılmasına. Bir çox sürücülər istər respublika əhəmiyyətli  avtomobil yollarında, istərsə də şəhərdaxili yollarda ara məsafəsi saxlamırlar və nəticədə  arxadan toqquşurlar. Belə hadisələrlə biz tez-tez üzləşirik. Havalar yağışlı keçəndə , yollar sürüşkən olanda  ara məsafəsi saxlamamaq acı nəticələr verir.

Təəssüflə qeyd etməliyik ki, bir çox sürücülə  belə qayda pozuntularına adi hal kimi yanaşır,  sanki elə hər şey  də belə olmalıdir. Ancac belə düşüncə sahibləri  bir müddətdən sonra səhv elədiklərini anlayır,  onda da iş-işdən keçmiş olur.Bir də görürsən ki, öndə gedən avtomobilin  sürucüsü qarşısına bir mane çıxir,o, həmin əyləcdən istifadə edir və arxadan gələn avtomobil ara məsafəsi saxlamadıgına görə, həmin maşinla toqquşur. Ona görə də hər bir sürücü diqqətli olmalı, yollarda  ara məsafəsi  saxlamalıdır.

Emil Faiqoğlu