28 Avqust 2023 10:44
829
AVTOMABİL

Bu gün düzələn yol sabah yenidən dağıdılır

Nə qədər qəribə olsa da , biz belə hadisələrin  tez-tez  şahidi oluruq.

Hər hansı rayonun icra  başçısı dəyişən kimi, qısa zamanda  parklar, xiyabanlar, yollar sökülür və yenidən  inşa edilir. Hansı ki, o parkın, xiyabanın və  yolun  salınması  üçün dövlət büdcəsindən  küllü miqdarda  vəsait xərclənib , keyfiyyəti də lazımi tələblərə cavab  verir. İcra başçıları gorüntü yaratmaq, eləcə də  işgüzar adam təsəvvürü yaratmaq üçün bu adımı atır.

Bir müddətdən sonra gorülmüs keyfiyyət iş özünü büruzə verir. Camaat da yaxşı hiss edir ki, köhnəni dağıdıb, yenisi ilə əvəz edilən tikinti abadlıq yox, pul mənimsəməyə xidmət edir. Elə həbs olunmuş icra başçılarının fəaliyyətində də  bu işlər özünü açıq-aydın göstərir. Düzdur, bir çox halda, böyük adadlıq və quruçuluq işləri də görülur və buna dövlət, xalq  yüksək qiymət verir.

Amma bu xalq, bu millət gözə kül  üfürənləri də  yaxşı tanıyır. Bəzi hallarda   təmir ,tikinti və bərpa adı altında küllü miqdarda dövlət vəsaiti də mənimsənilir. Bax belə hallara qarşı mübarizə  gücləndirilməlidir!

Emil Faiqoğlu