50 nömrəli avtobuslar niyə tez-tez yarıyolda qalır?

Yeni Günəşlidə yaşayan sakinlərin marşrut sarıdan heç bəxtləri gətirmir.
Üzün illərdir ki, bu yaşayış məntəqəsinə hərəkət edən və sərnişin daşıyan 50, 36, 104 nömrəli marşrutlar əhaliyə lazımi səviyyədə xidmət göstərə bilmir. Bilirsiniz , niyə? Çunki həmin avtobuslar köhnədir və istismar müddətini başa çatdırıb. Sərnişinlər yayda istidən bişir, qışda soyuqdan donur. Kondinsioner sistemi olmayan avtobuslarda isti yay günlərində mənzilbaşına getmək çox çətindir. 50 nömrəli marşrutda işləyən avtobuslarda vəziyyət daha pisdir.
Çünki bu avtobusların hamısı istismar müddətini çoxdan başa vurun. Elə bir gün olmaz ki, bu avtobusların biri qrılıb yarıyolda qalmasın . Hələ üstəlik, isti və soyuq havalarda yolda qalan sərnişinlər olmazın əziyyətləri ilə üzləşirlər. Belə hadisələr sürücüləri narahat eləsə də, amma marşrutun sahibi olan şirkətin rəhbərliyini qətiyyən düsündürmür.
Onların məsuliyyətsiz hərəkətlərinin altını sərnişinlər çəkir. Bizə elə gəlir ki, onlar düzələn deyil. Ona görə də bu marşrut həmin sahibkarın əlindən alınmalı və digər şirkətə verilməlidir. Bəlkə bundan sonra bu marşrutda vəziyyət düzələ! Gözləyək görək Bakı Nəqliyyat Agentliyi bu addımı nə vaxt atacaq?!
Emil Faiqoğlu