adalet.az header logo
  • Bakı -°C
22 Iyul 2023 17:31
1101
ƏDƏBİYYAT
A- A+

"Kəbirli kəndi ,onun şəhidləri"

Yazıçı- publisist, araşdırmaçı  Nazim Tapdıqoğlunun yeni çapdan çıxmış kitabı belə adlanır.Kitada Beyləqan rayonunun Kəbirli kəndinin toponimləri, tarixi-memarlıq  abidələri və kəndin  Birinci və İkinci  Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarının  şərəfli döyüş  yollarından  söhbət açılır.

Kəbirli kəndinin  ərazisindəki toponimlər ilk dəfə olaraq  tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan  araşdırılmış,  izahlı təhlil edilmişdir.

Kitabda bəzi Kəbirli əsilli böyük ziyalılar və şəxsiyyətlər barəsində qısa məlumatlar verilmişdir.  Kitabın redaktorları Ofeliya Həsənova, İradə Kazımova, məsləhətçi Natiq Qubadoğlu, texniki redaktor  Murtuza Abbasov, korrektor Araz Vəlişovdur.

Emil Faiqoğlu