Şvıdkoyun şovinist beyni yenidən "çöndü:"Qarabağdakı 25 heykəl və Ayvazovski..."

Yəqin ki, bir çoxunuz Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoyu tanıyırsınız.
Çünki əlinə fürsət keçəndə ancaq erməniləri müdafiə edib, azərbaycanlıları tənqid edib, məzəmmət edib. Bütün məsələlərdə.Hətta 2021-ci ildə Qarabağda müharibədən sonra ruslar arasında " qədim erməni mədəniyyət irsi" ilə bağlı narahatçılığını ilk o bildirib. Şvıdkoy Azərbaycan Respublikasının Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökülməsinə də ilk kəskin reaksiya verənlərdən biri olub . O ilk dəfə bu məsələsini şərh edərkən bildirmişdi ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa çağırış etmişdi. Təbii ki, rəsmi səviyyədə Şvıdkoya cavab verilmişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirmişdi ki, həmin heykəl qanunsuz və planlaşdırılmamış şəkildə, müəyyən məqsədlərlə Xankəndiyə yerləşdirilmişdi.
Sirr deyil ki, rəssam Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Birdə ki, qeyd edildiyi kimi Ayvazovski rus və ermənilər üçün dahi sənətkar sayıla bilər. Ancaq o, Azərbaycan üçün heç bir xüsusi tarixi və ya mədəni dəyər daşımır. Xankəndidəki abidəsinin sökülməsi nə Rusiyaya, nə də Ermənistana qarşı yönəlmiş mədəni xarakterli addım kimi dəyərləndirilməməlidir.
Üstəlik, Ermənistanda dünya səviyyəsində tanınmış bir azərbaycanlının büstü, barelyefi, heykəli var?
Baxmayaraq ki, Rusiya rəsmisinə rəsmi cavab verildi, amma canında şovinizm və ədalətsizlik olan ermənipərəst rus rəsmisi yenə də dediyinin üstündə durmaqda, mənasız inadkarlığını davam etdirməkdədir. Beləki, Şvıdkoy yenidən - bu gün TAAS xəbər agentliyinə açıqlama verib. Bu dəfə daha da "kəskinləşən" Şvıdkoy "Dağlıq Qarabağda erməni əsilli görkəmli şəxsiyyətlərin və hərbçilərin 25 abidəsinin və büstünün sökülməsi xoşagəlməz əməldir" deyərək həddini aşıb:"Abidələr ilə müharibə heç bir ölkə üçün ən yaxşı şey deyil. Onlar bu torpaqda yaşayan xalqların tarixini əks etdirir. Bu, 90-cı illərdə Azərbaycanın mədəniyyət xadimlərinin abidələrinin dağıdılması qədər absurddur. Abidələrlə döyüşmək ən nəcib şey deyil, amma başa düşmək çox vacibdir ki, Rusiya ilə Qafqaz xalqları arasındakı münasibətlər təkcə bu gün deyil, həm də bizim tariximizlə bağlıdır. keçmiş və gələcək”, - Şvıdkoy bildirib.
O qeyd edib ki, siyasət mədəniyyəti diktə etsə də, o, “bu günümüzdür, mədəniyyət isə əbədi yaşayır”.
"Və dövlətlərarası münasibətlərlə yanaşı, insanlar arasında daha dərin olan münasibətlər də var. Və bu gün bizi yanımızda yaşayan bütün xalqlarla birləşdirən bütün mədəni əlaqələri qoruyub saxlamaq vacibdir", - Şvidkoy yekunlaşdırıb.
Yəni, görünən odur ki, Şvıdkoy anlaqlı vəziyyətdə deyil! Əgər anlaqlı vəziyyətdə olsaydı, anlayardı ki, Azərbaycan ərazisində Azərbaycan dövlətinin razılığı olmadan nəinki heykəl ucaltmaq, heç daşı daş üstündə qoymaqda olmaz! Çünki bu bütün ölkələrin qanununda var! Rusiya sülhməramlısı və yaxud erməni separatçısı kimdir ki, Qarabağın ürəyində kefi istədiyi erməniyə heykəl ucaltsın!Qaldıda ki, Ayvazovski rus mədəniyyətinin görkəmli şəxsiyyətidirsə, gəl apar o heykəli Rusiyanın istəlin guşəsində uzat "bərdən oyana"!
Xatırladaq ki, hələ 2012-ci ildə o, Ramil Səfərovun azadlığa buraxılmasının erməni cəmiyyətində gərginlik yaratdığını bildirmişdi: “Bu, əlbəttə ki görəcəyimiz işi çətinləşdirir, amma hesab edirəm ki, dünyada ən mühüm dəyər – kompromisdir. Istənilən halda icmalar arasında görüşün təşkili istiqamətində işi davam etdirəcəyəm. Mən həmişə övladlarını müharibədə itirə biləcək analar və ataları düşünürəm”.
Əntiqə Rəşid
Digər Xəbərlər

Gələn il Laçında kanat yolu hazır olacaq

Prezident və xanımı Ağdərənin Kolatağ kəndində
jpg-1755768436.jpg)
Rusiyadan azğınlıq: SOCAR-dan sonra ABŞ-ın zavodunu vurdu

Ölkə üzrə pensiyalar ödənildi

Prezident Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqladı

"Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək" - Prezident

"Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Kərki" - Paşinyandan ermənilərə "zəlzələ" effekti
