adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Avqust 2017 13:37
9221
GÜNDƏM

SUSUZLUQDAN QURUYAN AĞACLAR

Yay vaxtı bir çoxyeni əkilmiş ağacların suya daha çox ehtiyacı olur. Başqa sözlə demiş olsaq, yeniəkilmiş bu ağaclar isti yay günlərində bir neçə həftə vaxtında suvarılmasa o ağaclar susuzundan mütləq yanacaqdır. Təbiiki, ağaclar həm də ətrafa gözəllik gətirməklə yanaşı, bütün canlıları oksigenlədə təchiz edir. Yəni yaşıllıqlar həm də canlıların«ağ ciyəridir» desək yanılmarıq.

İstər Bakı şəhərində,istərsə də regionlarda hər il on minlərləyeni ağaclar əkilir. Hansı yerdəki yeni əkilmiş ağaclaravaxtlı-vaxtında qulluq göstərilir, su verilir, o ağaclar qısa zaman kəsiyində inkişaf edir. Amma indi gəlingörək hər yerdə yeni əkilmiş ağaclara yayın istisində lazımi qədər su verilirmi? Aydındır ki, bu suala birmənalı cavab vermək çox çətindir. Ən azındanona görə ki, hərə bu məsələyə öz arşını ilə yanaşacaq.

Sirr deyil ki, avqust ayınınilk ongünlüyü də həddindən artıq isti keçib. Hətta Bakıda və bölgələrdə temperatur müsbət 43 dərəcəni ötüb. Bu isti günlərdə nəinki yeni əkilmiş ağaclar, hətta uzun müddətin ağacları belə susuzluqdan quruyublar. Çox uzağagetməyək, elə Bakı şəhərində bir neçə yerəbaş çəksək yeni əkilmiş ağacların necə quruduğunun şahidi olarıq. Elə regionlardada yeni əkilmiş ağaclar susuzluqdan yanıblar.Bu yaxınlarda televiziya kanallarının birində Quba rayonundan bir süjet göstərdilər.Həmin süjetdə Quba şəhərinin mərkəzi parkında küknar ağacının susuzluqdan necə quruduğu adamın ürəyini dağlayırdı. Hətta bu məsələ ilə əlaqədar müxbirhəmin ağaclara qulluq göstərməli olanMənzil Kommunal Təsərrüfatının rəisinin də fikrini öyrənməyə çalışmışdı. Nə yazıqlar ki, həmin rəis yerində olmamışdı vəonun da fikrini tamaşaçılar eşitməmişdi.

Hər bir ağacın əkilməsi üçün dövlət nə qədər vəsait ödəyir və ona qulluq göstərəninsanlara hər ay əmək haqqı verir. Səhv eləmiriksə, ağacların becərilməsinəvə suvarılmasına Mənzil Kommunal Təsərrüfatının əməkdaşları və bir də Yaşıllaşdırmaİdarəsinin işçiləri baxırlar. Əgər onlar da yayın istisində bu ağaclara vaxtlı-vaxtında su vermirlərsə, bəs onda həmininsanların vəzifəsi nədir?! Təəssüflə qeyd etməliyik ki, göydən «od yağan» zamanbu yaşıllıqlara aidiyyəti qurumlar yetərincəqulluq göstərmir. Və nəticədə də isti havalardabir neçə həftə su verilmə yənağaclar quruyaraq sıradan çıxırlar.

Bir rayonun yaşıl ağaclara olanqulluğunu diqqətə çatdırmaq istəyirik.Bu rayon Füzuli rayonudur. Orda da son 7 ildə on minlərlə çinar, şam və digər ağaclarəkilib. Amma heç kim deyə bilməz ki, o ağaclardanhansısa quruyub. Çünki bu ağaclara rayon icra hakimiyyətinin başçısı Alı Alıyev öz övladı kimi baxır və üstəlikdə Mənzil Kommunal Təsərrüfatının əməkdaşlarıHoradiz şəhərindəki ağacları yayın istisindəgündə iki dəfə suvarırlar. Adi günlərdə isə həmin ağaclara gündə bir dəfə su verilir. Ona görə də Füzulirayonundakı bütün ağaclarböyüyərək qol-budaq atıb və hər tərəfə kölgə salıb.

Bizim fikrimizcə,Füzuli rayonunun təcrübəsi və qabaqcıl iş metodu respublikamızda geniş yayılmalıdır.Düzdür, ağac əkmək o qədər də asan iş deyil. Amma ondan da çətin iş bu əkilmiş ağaclarıbecərmək və qurumağa qoymamaqdır. Yaxşı olardı ki, isti yay günlərində BakıdaMənzil Kommunal Təsərrüfatının əməkdaşları bu işə ürəkdən yanaşaydılar. Eynizamanda ağacların yaxınlığında olan və onun kölgəsindən və sərinliyindən istifadə edənticarət obyektlərinin sahibləri vəeləcə də digər insanlar isti yay günlərindəora çox yox, hərəsi bir vedrə su tökəydilər. İnanın, iki-üç gündən bir həmin ağaclara su verilsə, o ağacların biri dəquruyub məhv olmaz.

Ona görə də yaşıllıqlarıqorumaq hər bir insanın əsas vəzifəsiolmalıdır. Çünki bu ağaclar və yaşıllıqlar isti yay günlərində bizə bol-bol təmiz hava bəxş edir və onun kölgəsində gündəndaldalanırıq. Əgər belədirsə, niyə də biz hamımız bu ağacları qorumamalı və imkanımızdüşəndə onun dibinə bir vedrə su tökməməliyik?! Bundan gözəl və bundan yaxşı savabiş ola bilməz...

FAİQ QİSMƏTOĞLU