Şuşa, Laçın və Xankəndi istiqamətində nəqliyyat sistemi hazırlanır
Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır.
Adalet.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
"Qarabağda həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir. Biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı -Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların qalibləri tezliklə elan ediləcək və fəaliyyətə başlayacaqlar", - deyə o qeyd edib.
"Yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına töhfə verəcək. Hazırda tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan), Horadiz (Füzuli)-Hadrud (Xocavənd), Horadiz (Füzuli)-Laçın istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır", - deyə A.Rzayev əlavə edib.
Digər Xəbərlər
26 Dekabr 2025 10:31
Bu rayonlara qar yağıb - Faktiki hava
26 Dekabr 2025 09:44
Arzu Əliyevadan "Təmiz Dünya" sığınacağından PAYLAŞIM
25 Dekabr 2025 18:08
Daşkəsəndə şəhid ailələrinə bayram sovqatları təqdim edilib - FOTOLAR
25 Dekabr 2025 18:03
İcbari tibbi sığorta fondunun büdcəsi dəyişdi
25 Dekabr 2025 17:48
Bu il Azərbaycanda avtobusla 500 milyona yaxın sərnişin daşınıb
25 Dekabr 2025 17:08
Xankəndidə Yeni il yarmarkası təşkil olunacaq - İlk dəfə
25 Dekabr 2025 15:42
Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb - YENİLƏNİB
25 Dekabr 2025 14:02


Bakı -°C

