adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Oktyabr 2016 19:52
83894
AVTOMABİL

Sürücüsüz işləyən avtomobilərin istehsalına başlanıldı

Elektrik maşınların istehsalçısı Tesla deyir ki, hazırda istehsal olunan maşınların hamısı sürücüsüz işləməyə malikdir.

Adalet.az BBC-ə istinadən xəbər verir ki, əlavə olunan kameralar, sensorlar və radarlara baxmayaraq ehtimal ki, maşınların tamamilə sürücüsüz idarə olunmasına hələ illər var.

Tesla özünün avtopilot sistemini ötən il təqdim edib. Bu sistemlə avto-tormoz kimi bəzi sürücüsüz funksiyalar işləyib.

Lakin indi şirkət bütün yeni avtomobillərdə avtopilotun fəaliyyətini müvəqqəti olaraq dayandırır ki, yeni sistemləri "hərtərəfli" yoxlamaq mümkün olsun.
Tesla-nın təsisçisi Elon Musk deyib ki, yeni sistem "demək olar ki, maşının içində yerləşən super-kompüterdir".