adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Noyabr 2014 16:27
3396
MƏMLƏKƏT

Sürücülərə şad xəbər

Nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.


Adalet.az xəbər verir ki, paytaxtın "20 Yanvar” dairəsində aparılan təmir işləri bu axşam başa çatdırılacaq. 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti noyabrın 21-də səhər saatlarından etibarən bərpa ediləcək.

Qeyd edək ki, noyabrın 19-da başlamış təmir işləri ilə əlaqədar "20 Yanvar” dairəsinə giriş müvəqqəti bağlanıb.