adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Yanvar 2017 13:04
8251
MƏMLƏKƏT

SÜRÜCÜLƏR VƏ PİYADALAR MƏSULİYYƏTSİZLİK EDİRLƏR

Bu gün hərəkətintəhlükəsizliyi tək sürücülər deyil, həm də piyadalar tərəfindən tez-tez pozulur.Belə ki, əksər piyadalar xüsusi təyin olunmuş zolaqlı yerlərdən, yerüstü və yeraltıkeçidlərdən keçmək əvəzinə hərəkətin intensiv olduğu avtomobil yolundan keçməyəçalışırlar. Daha doğrusu, onlar bu cür sıxlıqda yolu ya qaça-qaça, ya da tullana-tullanakeçib gedirlər.

Təbii ki, bu cürvəziyyətlə ən çox Bakının küçə və prospektlərində rastlaşmaq mümkündür. O da təsadüfideyil ki, yağışlı, yağmurlu havada və gecə saatlarında yollar yaxşı işıqlandırılmayandayolu keçməyə cəhd edən piyadalar bir çox halda sükan arxasında əyləşmiş sürücülərtərəfindən vurulurlar. Belə bir şəraitdə piyadanın maşınla vurulması bir tərəfdənsürücünün məsuliyyətinə dəlalət edirsə, digər bir tərəfdən piyada diqqətsizliyiyləizah edilə bilər.

Dəfələrlə Bakı ŞəhərDövlət Yol Polisi İdarəsinin keçirdiyi reydlərdə biz də iştirak etmişik. Xüsusəndə Neftçilər, Azadlıq, Babək, Qara Qarayev, Nobel prospektlərində keçirilən reydlərzamanı piyadaların yol hərəkəti qaydalarını necə kobud surətdə pozduqlarının şahidiolmuşuq. Onun da şahidi olmuşuq ki, yerüstü və yeraltı keçidlər olduğu yerdə piyadalarbundan istifadə etmir, yanlarında uşaq qaça-qaça nəqliyyat vasitələrinin intensivhərəkət etdiyi yoldan keçməyə can atırlar. Və bəzən də piyadavurma hallarıyla üzləşənsürücülər bu anı görüb əsəbləşir və qışqıra-qışqıra deyir ki, Allah evinizi tiksin,niyə keçiddən yox, maşının qabağından yolu qaçıb keçirsiniz? Sürücü çətinliklə dəolsa yol hərəkəti qaydasını kobud surətdə pozan piyadaya şərait yaradır, amma özüçıxılmaz vəziyyətə düşür. Yəni arxadan gələn maşınlar fasiləsiz olaraq siqnal verirvə həmin sürücüdən yol istəyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnikiVaqif Əsədov piyadalarla bağlı keçirilən reydlər barəsində danışarkən qeyd etdiki, elə bir həftə olmur ki, əməkdaşlarımız küçə və prospektlərdə reydlər təşkiletməsin. Əlbəttə, bu reydlər zamanı biz çoxlu sayda piyadaların yol hərəkəti qaydalarınınkobud surətdə pozduqlarının şahidi oluruq. Görürük ki, piyadalar təyin olunmuş yerdənçox nadir halda keçirlər. Qaydaları pozan piyadalar əməkdaşlarımız tərəfindən saxlanaraq20 manat məbləğində cərimə edilirlər. Yol polisi əməkdaşları onlardan soruşandaki, «niyə yeraltı və yerüstü keçiddən istifadə eləmirsiniz?» Görün həmin piyadalarnecə cavab verirlər. Onlar əməkdaşlarımıza deyirlər ki, ya ayağımız ağrıyır keçidiqalxıb düşə bilmirik, ya da harasa tələsirik. Bütün bu bəhanələr isə birmənalı olaraqhər hansı vəziyyətdən çıxış yoluna xidməteləyir. Piyada onu anlamaq istəmir ki, bu tələsməklər və ayağın ağrımağı onlarahəyatı bahasına başa gələ bilər. Təbii ki, hər bir piyadanı əməkdaşlarımız məsuliyyətəcəlb edərkən həm də onları maarifləndirməyi yaddan çıxarmır. Yəni bir daha yol polisionlara xatırladır ki, qaydalara əməl etməyiniz öz həyatınızı mövcud təhlükədən xilasedir.

Vaqif Əsədov bizimləsöhöətində onu da vurğuladı ki, Qara Qarayev prospektində, 8-ci kilometr bazarınınyanındakı keçidin yaxınlığında, eləcə də «Neftçilər» metrostansiyasının yaxınlığındakıkeçid tərəfdə xidmət aparan əməkdaşlarımız çoxlu sayda piyadaların yol hərəkətiqaydalarını pozmalarını qeydə alıblar. Təəssüflə deməliyik ki, onlar avtomobillərinsıx olduğu bu yoldan keçərkən keçiddən istifadə eləmir, qaça-qaça yolu keçməyə çalışırlar.Bir neçə dəfə piyadaların səhlankarlığı üzündən həmin yerlərdə nəqliyyat vasitələrionları vurub. Ümumiyyətlə, bu cür hadisələrdən piyadalar nəticə çıxarmalı və özhəyatlarını təhlükə qarşısında qoymalı deyillər.

Aldığımız məlumatagörə, son 6 ayda 30 mindən çox piyada yolhərərəkəti qaydasını pozduğuna görə cərimə edilib. Bu günlərdə isə mətbuatda beləbir maraqlı xəbər oxuduq ki, Milli Məclisdə piyadalarla bağlı daha sərt qanun layihəsimüzakirə ediləcək. Yəni bu qanun layihəsinə əsasən yolun kənarındakı dəmir mühəccəriaşıb hərəkətin intensiv olduğu yolu keçən və qəza şəraiti yaradan piyadalar hətta15 sutka azadlıqdan məhrum ediləcəkdir. Göründüyükimi, gələcəkdə piyadaların məsuliyyəti ilə bağlı qanunda daha ciddi dəyişiklikləredilməsi nəzərdə tutulur. Ona görə də hər bir piyada yolu keçərkən diqqətli olmalı,nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi yolun ortasıyla digər tərəfə keçməməlidir.

Bakı Şəhər DövlətYol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alayının 8-ci tağımının komandiri, polisbaş leytenantı Nurlan Əliyev bildirir ki, xidmət apardığımız vaxt qaydaları kobudsurətdə pozan sürücülərlə yanaşı, piyadaların da qanuna əməl etməməyini qeydə alırıq.Onları saxlayarkən bir daha xatırladırıq ki, aeroport yolunda, eləcə də Heydər Əliyevprospektində yolu təyin olunmuş yerdən keçmək lazımdır. Bu məqsədlə yerüstü və yeraltıkeçidlər fəaliyyət göstərir. Adını çəkdiyimiz prospektlərdə hərəkət sürəti yüksəkolduğuna görə, bu yoldan keçmək hər bir piyada üçün ölüm təhlükəsi yaradır. Sadəcəolaraq piyadalar çox diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl etməlidilər.Xüsusən də yağışlı-yağmırlı havada və gecə saatlarında daha diqqətli olmaq tövsiyəolunur. Əgər piyada diqqətli olarsa, onun vurulması halları da minimuma enər.

Bu gün Bakı ŞəhərDövlət Yol Polisi İdarəsi piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün maksimumsəviyyədə qabaqşlayıcı tədbirlər gerçəkləşdirir. Amma təəssüflə qeyd etməliyik ki,bir çox piyadalar aparılan maarifləndirmə və təbliğat işlərindən ciddi nəticə çıxarmırvə yol hərəkəti qaydasını kobud surətdə pozmaqda davam edirlər. Yol hərəkti qaydasınınpozulması isə gec-tez həmin piyadanın öz başında çatlayır.

Faiq QİSMƏTOĞLU