adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Mart 2017 15:00
5082
MƏMLƏKƏT

SÜRÜCÜLƏR MƏSULİYYƏTDƏN YAYINA BİLMƏDİLƏR

Xarici markalı avtomobil Yol Patrul Xidməti Alayının 9-cu tağımının stasionarpostunda polis baş serjantı Pənah Alıyev tərəfindən saxlanıldı. Sürücü bundan bərk əsəbləşdi və dedi:

- Rəis, məni niyəyarı yoldan eləyib getməyə qoymursunuz? Axı toya tələsirəm.

Polis baş serjantıbildirdi ki, sürücü nəqliyyat vasitəsini sığorta elətdirməyib. Elə buna görə dəavtomobil saxlatdırılıb. Eyni zamanda nəqliyyat vasitəsini sığorta elətdirən sürücülərverilmiş sənədi də maşının alın şüşəsinə yapışdırırlar. Təbii ki, bu sənəd də sürücüdəyox idi. Polis baş serjantı Pənah Əliyev sürücünün nəzərinə mövcud qayda pozuntusunuçatdırandan sonra o bir söz demədi və nəqliyyat vasitəsinin sürücüsü 50 manat məbləğindəcərimə edildi.

Ümumiyyətlə, birçox sürücülər avtomobillərin icbari sığortasınabarmaqarası yanaşır və çox vaxt da bu məsələni diqqət mərkəzində saxlamırlar.Hələ üstəlik bununla yanaşı, bəzi sürücülər avtomobilləri vaxtında texniki baxışdanbelə keçirməkdə maraqlı deyillər. Aydındır ki, bu qayda pozuntularına görə, nəqliyyatvasitələri istənilən yerdə saxlanıla bilər. Ona görə də hər bir sürücü vaxtlı-vaxtındaidarə etdiyi avtomobili texniki baxışdan keçirməli və icbari sığorta etdirməlidir.

Yol Patrul XidmətiAlayının 9-cu tağımı Bakı-Qazax yolunun 368-ci kilometrindən 510-cu kilometrinəqədər xidmət aparırlar. Əlbəttə, bu xidmətlər hər bir yol polisi əməkdaşından yüksəkpeşəkarlıqla yanaşı, məsuliyyət də tələb eləyir. Yəni yol polisi əməkdaşı sutkanın24 saatı ərzində xidmət apararkən yol hərəkəti qaydalarına əməl edilməsini diqqətmərkəzində saxlayır və qaydaları pozan sürücüləri məsuliyyətə cəlb eləyir.


Son vaxtlar isə Bakı-Sumqayıtyolunda baş vermiş mikroavtobusun qəzaya uğraması hər bir tağım əməkdaşını dahadiqqətli və məsuliyyətli olmağa sövq edir. Səhər saatlarında 9-cu tağımın komandiri,polis kapitanı Aqil Məmmədov növbəni qəbul edən əməkdaşların diqqətinə bir daha rəhbərliyin tapşırıqlarınıçatdırır. Bildirir ki, sərnişindaşıma qaydalarına qarşı mübarizənin gücləndirilməsinirəhbərlik bizdən tələb edir. Gərək biz dəbu sahədə olan mövcud nöqsanları aşkar edək və hərəkətin təhlükəsizliyinintəmin edilməsi üçün qabaqlayıcı tədbirlər görək. Çünki bir çox mikroavtobus sürücüləriqanunsuz surətdə fəaliyyət göstərir, əlavə oturacaq quraşdırır, həkim arayışı olmadansükan arxasında əyləşir və sürücülük vəsiqəsiolmadan nəqliyyat vasitəsini idarə edir. Təbii ki, belə hallarda hər hansı qəzanınbaş verməsi labüddür. Əgər biz vaxtında bu cür qanun pozuntularını aşkar etsək,istər-istəməz baş verə biləcək qəzaların qarşısının alınmasını xeyli təmin etmişolarıq.


Reyd zamanı sərnişindaşımaqaydalarının pozulmasına qarşı ciddi mübarizə aparılıb. Belə ki, 9-cu tağımın sonbir həftədə həyata keçirdiyi tədbirlər nəticəsində onlarla yol hərəkəti qaydasınıpozan və qanuna əməl etməyən mikroavtobus sürücüsü saxlanılıb. Onlar stasionar postdadayandırılarkən barələrində araşdırma aparılıb və qaydaları pozan sürücülər haqqındainzibati protokol tərtib edilib. Kobud qayda pozuntusuna yol verən bir neçə mikroavtobussürücüsü xətdən kənarlaşdırılıb. Bu cür sərt tədbirlərin həyata keçirilməsi istər-istəməzhərəkətin təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.


Ümumiyyətlə, qeydetməliyik ki, 9-cu tağımın əməkdaşları qış mövsümündə də çox ciddi işləyib və mövcudnöqsanları aradan qaldırmağa nail olub. Qarlı-çovğunlu günlərdə tağım əməkdaşlargücləndirilmiş iş rejimində çalışıblar. Elə bunun nəticəsidir ki, mürəkkəb havaşəraitində qar yağarkən və yollar buz bağlayarkən ölümlə nəticələnən hadisələr başverməyib. Aydındır ki, bayaq dediyimiz kimi, bütün bu müsbət göstəricilər tağıməməkdaşlarının gərgin əməyi nəticəsində əldə edilib.

9-cu tağımın komandiri,polis kapitanı Aqil Məmmədov bildirir ki, bu ilin yanvar ayının 1-dən mart ayının8-dək xidmət apardığımız Bakı-Qazax avtomobil yolunda 2925 yol hərəkəti qaydalarınınpozulması faktı aşkarlanıb. Bunların 360-ı kobud qayda pozuntusudur. Buna görə həminsürücülər bal sistemiylə cəzalanıblar. Bununla yanaşı, sükan arxasında əyləşmiş50 sərxoş, sürücülük hüququ olmadan avtomobili idarə edən 50 sürücü, ötmə əməliyyatınıpozan 305 sürücü, etibarnaməsiz nəqliyyat vasitəsini idarə edərkən saxlanılan45 sürücü, manevretmə qaydasını pozan 140 sürücü, sərnişindaşıma qaydasını pozan50 sürücü, texniki baxışdan keçməyən 80 sürücü saxlanılaraq inzibati məsuliyyətəcəlb ediliblər. Onu da qeyd edim ki, sutkanın24 saatı ərzində gecə saatlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsiüçün əməkdaşlarımız xidməti maşınlarda mövcud təhlükələri sürücülərin nəzərinə çatdırmışvə onları maarifləndirmişdilər. Nasaz vəziyyətdə yolda qalmış nəqliyyat vasitələriqəza şəraiti yaratmamaq üçün vaxtında həmin yerdən uzaqlaşdırılmışdır.

Havaların get-gedəqızması bir daha bu istiqamətdə nəqliyyat vasitələrinin daha da çoxalmasına şəraityaradır. İntensiv hərəkətdə isə daha diqqətli olmalı və kobud qayda pozuntularınayol verilməməlidir. Keçirilən reydlərdə 9-cu tağımın əməkdaşlarından polis baş leytenantıElnur Zeynalov, polis baş serjantları Pənah Əliyev, Xəyal Məmmədov, Nəsir Həsənov,Babək Bəhramlı fəal iştirak ediblər. Bu əməkdaşların hər birinin iş əmsalı yüksəkdirvə öz vəzifə borclarını yüksək peşəkarlıqla yerinə yetirirlər.

Sürücülər respublikanınavtomobil yollarında bir daha diqqətli olmalı,yol hərəkəti qaydalarına əməl etməli və avtomobilləri teniki baxışdan vaxtında keçirməlidilər.Çünki texniki cəhətdən nasaz olan avtomobil hər an qəzaya uğraya bilər və eləcədə digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradar. Ona görə də 9-cu tağımınkomandiri, polis kapitanı Aqil Məmmədov bir daha sürücülərə xəbərdarlıq edərək bildirirki, onlar sürət həddinə əməl etsinlər, ara məsafəsi saxlasınlar və bir sözlə, kobudqayda pozuntularına yol verməsinlər. Təbii ki, nəqliyyat vasitəsini mövcud qaydalarauyğun idarə edən sürücülər həmişə onları gözləyən təhlükədən uzaq olurlar və mənzilbaşınada sağ-salamat çatırlar.

Reyddə iştirak etdilər:Aqil MƏMMƏDOV – Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandiri, polis kapitanı;Elnur ZEYNALOV – 9-cu tağımın əməkdaşı, polis baş leytenantı; Pənah ALIYEV – 9-cutağımın əməkdaşı, polis baş serjantı; Xəyal MƏMMƏDOV – 9-cu tağımın əməkdaşı, polisbaş serjantı; Babək BƏHRAMLI – 9-cu tağımınəməkdaşı, polis baş serjantı; Nəsir HƏSƏNOV – 9-cu tağımın əməkdaşı, polis baş serjantı;Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı