adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 May 2016 12:47
3613
HADİSƏ

Sürücü beton plitənin altında qalıb öldü

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 27-də Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi "Zoomlion" markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi "Shacman" markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.