adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyun 2020 15:00
54080
DÜNYA

Suriyada türk lirəsidən istifadə etməyə başlayıblar

Xaosun və şiddətin 9 ildən çoxdur hökmranlıq etdiyiSuriyada gündəm türk lirəsidir. Xüsusilə İdlib başda olmaqla, ölkənin bir çoxşimal bölgələrində Suriya poundundan daha çox türk lirəsindən istifadə olunur.Türkiyə Mərkəzi Bankı və İqtisadiyyat Nazirliyi türk lirəsinin həmin ərazilərənecə gedib çatdığı haqqında məlumatlarının olmadığını deyir.

ABŞ-ın öndə gedən qəzetlərindən "Wall Street” jurnalı Suriyanın şimalında insanlarınçörək alarkən, benzin doldurarkən vı digər başqa gündəlik xərclərini türklirəsi ilə etdiyini yazdı.

İdlibdə yaşayan proqram mühəndisi Malek Tarbouş qəzetə "yemək yediyimrestoranda ödəniş edərkən türk lirəsini qəbul etdiklərini görüb şok oldum” deyəbildirib. Tarbouş onu da əlavə edib ki, türk lirəsinin qalıcı olaraqdəyişdirildiyini görürəm. Suriya poundu artıq əvvəlki kimi geri qayıda bilməz.

Ankara rəsmilərinin Suriyada nəzarətdə olan bölgələrdətürk lirasını bazara irəli verilməsinin Suriyadakı iqtisadi böhrandanyararlanmaq üçün etdiyinə diqqət çəkən "Wall Street” qəzeti hökümətə yaxın olan düşüncə quruluşu SİTA –nın (SETA) səlahiyyətlişəxsləri ilə də danışdı.

Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SİTA) səlahiyyətlisi Ömər Özqızılcıq "Ankra türk lirələrini İdlibə Suriyanın şimalbölgələrinə keçən ay göndərdi. Türk lirəsi valyuta məntəqələrinə və poçtlaragöndərildi. Suriyalılar Suriya poundu və bəzən də ABŞ dollarını türk lirəsinədəyişməyə başladılar” deyə açıqlama verib.

Ömər Özqızılcıqınbu açıqlamasına rəğmən Türkiyə İqtisadiyyat Nazirliyi Ankaranın türk lirəsininecə göndərdiyinə aid məlumatlarının olmadığı deyir.

Bundan əvvəlki illərdə təşkil olunan əməliyyatlarlaSuriyanın təminən 5 faizini nəzarətə götürən Türkiyənin suriyalı müxaliflərə vəbürokratlara lirə ilə ödəmələr etdiyi də deyilir.

Qeyd edək ki,Suriya poundu bu ilin əvvəlindən 70 faiz dəyər itirdi. Türk lirəsi isə bu ilinəvvəlindən 16 faiz dəyər itirib.