adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 May 2020 21:25
17383
DÜNYA

Suriyada müharibə başa çata bilər: Əsəd hakimiyyəti və müxaliflər danışıqlara başlayacaq

Vətəndaş müharibəsinin və xaosun 10 ilə yaxındır bitmədiyi Suriyada barışığa doğru addım atılıb.

Əsəd hakimiyyəti ilə müxaliflər Cenevrədə danışıqlar masasıarxasına keçməyə razılıq veriblər.

Sondakika.com bu barədə Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenə istinadla xəbər yayıb.

İnternet vasitəsilə jurnalistlərin suallarını cavablandıran G.Pedersengörüşün tarixi ilə bağlı açıqlama verməyib.

"Sakitlik tərəflər arasındadərin etimadsızlıq hissinin aradan qalxmasıüçün fürsət ola bilər”, - deyən G.Pedersen ABŞ və Rusiyanın da sülh və dəstək üçün prosesə müdaxiləsini istəyib.