adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Yanvar 2018 12:28
16519
DÜNYA

Suriyada 2 mindən çox uşaq öldürülüb

Ötən il Suriyada baş verən münaqişələr zamanı 2298-i uşaq, 1536 nəfəri isə qadın olmaqla 10204 dinc sakin həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatının (SNHR) məruzəsində bildirilib.

Qeyd olunub ki, 316 dinc sakin Terrorçu PKK-nın Suriya qolu olan PYD-nin qurbanlarına çevrilib. Onlar arasında 54 qadın, 58 uşaq da var.

2017-ci ildə İŞİD-in zorakılıqları nəticəsində 1421 dins sakin həlak olub. Onlardan 148-i qadın, 281 nəfəri uşaqdır.