adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Aprel 2018 14:43
17016
DÜNYA

Suriya yenə bombalandı

Suriyanın Xomc vilayəti ərazisində yerləşən T-4 ( Tayfur) hərbi bazasınakütləvi raket zərbələri endirilib. SANA agentliyinin hərbi mənbələrə istinadənverdiyi məlumatlara görə zərbələr nəticəsində 14 nəfər ölüb və çoxsaylıyaralılar var.


Suriya hərbi qüvvələri atılan raketlərin bir neçəsini məhv edə bilsələrdə, hədəfə çatan raketlərin sayı barədəhələki dəqiq məlumat yoxdu. Agentlikraket zərbələrinin ABŞ hərbi qüvvələri tərəfindən atıldığını bildirsə də, rəsmiPentaqon atılan raketlərin onlara aid olmadığını bildirib.
Əl-Mayodeen telekanalı raket zərbələri endirilən zaman İsrail təyyarələrinin Livanla Suriya arasında uçuşlar həyata keçirdiyi barədə məlumatlaryayıb.

İsrail Müdafiə Ordusu məsələyə aydınlıq gətirmək istəməyib. Ordunun mətbuatkatibliyindən TASS-ın raket zərbələri ilə bağlı sualına, qadın əməkdaşı "Bununla bağlı heç bir açıqlama vermık istımirəm” cavabını verib.

Fransa hökuməti də raket zərbələrindən xəbərsiz olduqlarını bildiriblər.İnterfaksin məlumatına görə Rusiya Müdafiə Nazirliyi kosmik kəşviyatlarvasitəsi ilə müəyyənləşdirib ki, Raket zərbələrini İsrail hərbi qüvvəlləriyerinə yetirib: " 9 aprel tarixində,moskva vaxtı ilə saat 3-25-3-53 radələrində İsrail hərbi qüvvələrinə məxsus ikiF-15 təyyarəsi Livan ərazisindən Suriya hava mıkanına daxil olmadan Tayfurhərbi bazasının ərazilərinə 8 idarə olnan raket zərbələri endirilib” 

Xatırladırıq ki, ABŞ-ın Suriyada Əsəd reıimi tərəfindən guya kimyəvi silahdanistifadə etməsi ilə bağlı ciddi tədbirlər görəcəyi bəyənatına, Rusiya tərəfininadekvat cavab verəcəyini bildirmişdi. İndi raket zərbələri endirildi, düzdü ABŞtərəfindən deyil, müttəfiqi İsrail tərəfindən. Adekvat cavab veriləcəkmi?