Suriya kürdlərlə atəşkəsi 15 gün uzatdı
Suriya keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” (SDF) koalisiyası ilə atəşkəsin 15 gün müddətinə uzadıldığını elan edib.
Adalet.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.
Nazirliyinin məlumatına görə, müvafiq qərar yanvarın 25-də Bakı vaxtı ilə saat 00:00-dan qüvvəyə minib.
Müdafiə Nazirliyi aydınlıq gətirib ki, atəşkəsin uzadılması ABŞ-ın İŞİD üzvlərinin İraqdakı həbsxanalardan köçürülməsi ilə bağlı əməliyyatlarına dəstək məqsədi daşıyır.
Xatırladaq ki, yanvarın 18-də Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa kürd qüvvələri ilə yeni atəşkəs sazişini təsdiqləyib. Sənəddə ölkənin şimal-şərqində yerləşən Deyr-əz-Zor və Rakka əyalətlərinin respublikanın müvəqqəti hökumətinin tam nəzarəti altına keçəcəyi qeyd olunur. Həmçinin kürdlər tərəfindən Haseke əyalətində yaradılmış bütün mülki qurumların Suriya dövlətinin tərkibinə daxil ediləcəyi bildirilir. Suriya ordusu bölgədəki bütün sərhəd-keçid məntəqələrinin, eləcə də neft və qaz yataqlarının təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq.
Yanvarın 20-də isə Müdafiə Nazirliyi ölkənin şimal-şərqində SDF ilə dörd günlük yeni razılaşma çərçivəsində atəşkəs elan edib.
Digər Xəbərlər
06 Noyabr 2026 17:14
Dini təriqət liderinə 200 il həbs cəzası verildi
06 Noyabr 2026 15:31
Kiyevdə elektrik sutkada 16 saat kəsilir
06 Noyabr 2026 10:41
Trampdan Demokratlara mesaj
06 Noyabr 2026 10:33
Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
06 Noyabr 2026 09:53
"Ermənistan KTMT-də səsvermə hüququnu itirə bilər" - Pankin
06 Noyabr 2026 09:27
İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
05 Noyabr 2026 23:46
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
05 Noyabr 2026 23:25


Bakı -°C

