adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Fevral 2017 14:46
6890
MƏMLƏKƏT

SÜNİ BAHALAŞMA DAVAM ELƏYİR

Biz bu barədə dəfələrləmüxtəlif yazılar qələmə almışıq və süni bahalaşma yaradanların ünvanlarını da göstərmişik.Təəssüf ki, bu məsələlər indiyə kimi öz həllini tapmır və bir çox işbazlar nəzarətsizlikdənistifadə eləyərək əlləm-qəlləm işlərlə məşğuldular. Belə işlərin isə axırı ötənyazılarımzda qeyd etdiyimiz kimi, heç də yaxşı sonluqla bitmir.

Yəni günlərin birindəbu süni bahalaşdırmanı yaradanlar yaxalanacaqlar və sudan quru çıxa bilməyəcəklər.Axı onlar çox vaxt sudan quru çıxmağa öyrəşiblər və elə bilirlər ki, elə həmişəbelə olacaq.

Son bir neçə gündəisə şəhərin əksər mağazalarında və super marketlərində toyuq döşlərinin qiymətixeyli artıb. Ola bilər ki, bir mağazada bu qiymət artımı ötəri görünsün. Amma ürəkağırısı ilə deməliyik ki, bu bir mağazada deyil, əksrə dükan və marketlərdə qabarıqşəkildə qiymət artımı özünü göstərir. Özü də qiymət artımı beş-on qəpik deyil, birmanata yaxındır. Belə olan təqdirdə istər-istəməz alıcılar təəccüblənməyə bilmirlər.Çünki bir həftə bundan əvvəl toyuğun döş ətini bir qiymətə alırdılar, bu gün isəbaşqa bir baha qiymətə.

Toyuq döş ətininbahalanması ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün bir çox qurumlar konkretmünasibət bildiriblər. Məsələn, Quşçular Cəmiyyətindən bildiriblər ki, nə toyuqdöş ətinin, nə də toyuğun özünün qiyməti bahalaşdırılmayıb. Bütün topdansatış ticarətmərkəzlərində toyuq döş ətinin qiyməti əvvəlki dəyərdədir və sabit qalır. Sadəcəolaraq həmin qiymətləri süni surətdə mağaza və super marketlər özləri artırırlar.

Bax, belə olan təqdirdəistər-istəməz adamın yadına İqtisadiyyat Nazirliyinin istehlakçıların hüquqlarınımüdafiə edən anti-inhisar departamenti düşür. Təbii ki, süni qiymət artımının daqarşısını məhz elə bu qurum almalıdır.

Məsələnin başqa birqaranlıq tərəfi ondan ibarətdir ki, əgər kimlərsə süni qiymət artımına şərait yaradırlarsavə bundan öz maraqları üçün istifadə edirlərsə, istər-istəməz bu bahalaşma ilə əlaqədarəhali arasında müəyyən narazılıqlar yaranır.

Aydındır ki, narazıqalan kütləni isə heç cür qınamaq olmaz. Onlar mağaza və super marketlərə baş çəkirlərvə bu cür süni bahalaşmanı görəndə istər-istəməz əsəbləşirlər. Bu isə o deməkdirki, süni bahalaşmadan istifadə edən satıcılar və mağaza sahibləri öz əməllərinidavam etdirməkdə israrlıdılar. Onlar görürlər ki, nəzarət orqanları belələrinə«gözün üstə qaşın var» demirlər və maraqlarını güdən ticarətçilər də bəd əməllərindənəl çəkmirlər.

Çox qəribədir ki,bir aya yaxındır ölkəmizdə dolların kursu aşağı enib. Yəni milli valyutamızın dönərliyi bir qədər də möhkəmlənib. Təəssüf ki,əhalinin böyük hissəsi bunun nəticəsini görə bilmir. Bir ay bundan əvvəl super marketlərinbirində kiloqramı 1 manat 80 qəpiyə şəkər almışdıq. Bir neçə gün bundan əvvəl yenəhəmin şəkərdən aldıq. Bu dəfə kiloqramı 1 manat 87 qəpiyə. Hansı ki, bayaq dediyimizkimi, dolların kursu aşağı enib. Bəs bu məsələ niyə konkret olaraq ərzaq mallarınınqiymətində özünü göstərmir?

Axı ticarətçiləryaxalarını qabağa verib deyirdilər ki, əvvəllər dolların kursu artdığına görə, ərzaqmallarının qiymətini bahalaşdırırıq. Əgər indi də dolların kursu enibsə, onlar zəhmətçəkib ərzaq mallarının qiymətini aşağı salmalıdılar. Ancaq onlar nəinki ərzaq mallarınınqiymətini aşağı salır və sabit saxlayır, əksinə, qiymətləri bir qədər də süni surətdəartırırlar. Bu isə birmənalı olaraq əhali tərəfindən narazılıqla qarşılanır.

İnanmaq istərdikki, İqtisadiyyat Nazirliyinin yuxarıda adını çəkdiyimiz məlum qurumu şəhərin mağazalarında,marketlərində süni surətdə yaradılmış qiymət artımının qarşısını alacaq, bu işləməşğul olan ayrı-ayrı işbazları məsuliyyətə cəlb edəcəkdir. Əgər bu addım vaxtındaatılmayacaqsa, insanların narazılığı artacaq, əlləm-qəlləm işlərlə məşğul olan bəziticarətçilər süni qiymət artımına daha böyük maraq göstərəcəklər.

Faiq QİSMƏTOĞLU