adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Mart 2019 23:18
13638
MƏMLƏKƏT

Sumqayıtın ilk təməl qoyanları

HəmsöhbətimZeynal Quliyevi Sumqayıtda çoxları tanıyır və hörmət edir. Sinəsini "Tərəqqi"medalı bəzəyir. Əmək kitabçasında cəmi bir ünvan var:-"Azərikimyaİstehsalat Birliyi" 40 ildən çoxdur ki, ömrünü -taleyini kimyaya bağlayıb,xoşbəxtliyini Sumqayıtda tapıb. Beləcə cənab Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarında onunla söhbətedirik.

-Zeynal müəllimyaxşı olardı ki, oxucularımıza özünüz haqqında məlumat verəsiniz?

-Mən 1961-ciilin mart ayının 28-də Naxçıvan MR-ın Kəngərli rayonunun Şaxtaxtlı kəndindəanadan olmuşam. Bu kənddən iki akademikçıxıb. Ailədə beş qardaş bir bacı olmuşuq. Şaxtaxtlı kənd orta məktəbinibitirdikdən sonra 1978-ci ildə Moskvada Babuşkinski adına ÜmumittifaqPolitexnik İnstitutuna daxil olmuşam. Təhsilimi yarımçıq qoyub Sumqayıt şəhərinəqayıtmışam. 1982-ci ildən "Sintez-Kauçuk" zavodunun Nəzarət ölçücihazları və avtomatika sexində əmək fəaliyyətinə başlamışam. İşləyə-İşləyəM.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişəm.

Haşiyə - Həmişəgələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə yetmək üçün yorulmaq bilmədənçalışan Zeynal Quliyev pillə-pillə ucalmışdır. 1990-1991-ci illərdə "Azərikimya"Dövlət şirkətində, xüsusən "Etilen-Polietilen" və"Sintez-Kauçuk" zavodlarındakütləvi kadr axıcılığı baş verdiyi dövrdə onun rəhbərliyi ilə"DİRÇƏLİŞ" mərkəzləşdirilmiş icarə sahəsi yaradılmışdır. İcarə mərkəzindəmürəkkəb ölçü vəsaitlərinin keyfiyyətli təmiri və quraşdırma işləri həyatakeçirilmişdir. Zeynal Quliyev 1994-cü ildən 2010-cu ilədək "Sintezkauçuk"zavodunun baş metroloqu, 2010-cu ildən isə "Etilen-Polietilen"zavodunun baş metroloqu işləyir. (2010-cu ildə "Azərikimya" Dövlətşirkəti ARDNŞ-nın tərkibinə birləşdirilmişdir.)

Onun əməkkitabçasında bir ünvan var. 37 ildir ki, bu ünvan dəyişmir. Öz işinin bilicisiolan Zeynal Quliyev 2015-ci ildə "Tərəqqi" medalı ilə təltifolunmuşdur.

- Noyabr ayındaSumqayıtın 70 yaşı tamam olur. Sumqayıta bağlılıq Sizdə haradan yaranıb?

- Atam Həmidkişi 1949-cu ildə Sumqayıta gəlib və Sumqayıtın ilk qurucularından olub. İcraHakimiyyətinin binasının, Səməd Vurğun adına Mədəniyyət evinin,"Sintezkauçuk" zavodunun Kauçuk sexinin, 1 və 2 nömrəli məktəblərin,C.Cabbarlı adına Mədəniyyət evinin tikintisində iştirak edib.

Atam SosialistƏməyi Qəhrəmanı Aslan Osmanovun briqadasında işləyib. Heç yadımdan çıxmır.2003-cü ildə Ulu öndərin tapşırığı ilə S.Vurğun adına mədəniyyət sarayı"Azərikimya" Dövlət Şirkəti tərəfindən əsaslı təmir olunurdu. O vaxtatam bizə qonaq gəlmişdi. Şəhəri gəzməkdən doymurdu. Bir gün yolumuz İcraHakimiyyəti binasının yanından düşmüşdü. Atam binanın önündə dayanıb köks ötürərəkdedi ki, bu yaşıl binanın tikintisində əməyim çox olub. Oradan gəldik S.Vurğunadına Mədəniyyət sarayına. Dedi ki, bu binanı Sosialist Əməyi Qəhrəmanı, AzərbaycanAli Sovetinin 5-6-cı çağırış Deputatı, Sumqayıtın ilk Sosialist Əməyi Qəhrəmanıbriqadirim Aslan Osmanovun briqadası tikib.

Bu vaxt kimsədedi ki, Aslan Osmanovun oğlu Fərman içəridə işləyir. Atam xahiş etdi ki, onuçağırın bir görüm. Atam onu görən kimi özündən asılı olmayaraq dedi:

- Aslanın özüdürki var, yerişi, duruşu, sifəti, atam briqadirin oğlu ilə görüşəndə ağladı...

Haşiyə - ZeynalQuliyev həm də yaxşı ailə başçısıdır. Oğlu Elşən polis zabitidir. Qızı İradə isəBakı Dövlət Universitetinin Kimya fakültəsini qırmızı diplomla bitirib. Gərginkimyaçı əməyinə Dövlət tərəfindən verilən yüksək qiymətdən ruhlanan ZeynalQuliyev mühəndis təxəyyülünün, işə yaradıcı münasibətinin nəticəsi olan bir çoxqiymətli səmərələşdirici təkliflərin müəllifidir. Yeni texnikanın istehsalata, avtomatika üzrəinkişaf proqramı, kadr hazırlığı, zavodun fasiləsiz və qəzasız işləməsi, yüksəkkeyfiyyətli məhsul alınması onun əsas iş meyarıdır.

-Bayaq qeydetdik ki, Sumqayıtın 70 yaşı tamam olur. Bu günki Sumqayıtla dünənki Sumqayıtarasında nə kimi fərq var?

-Mən dəqiq deyəbilərəm ki, üç il bundan əvvəlSumqayıtdan getmiş adam Sumqayıta qayıdanda elə biləcək ki, başqa şəhərəgəlib. Sumqayıt şəhərinin İcra Hakimiyyət başçısı Zakir Fərəcovun gördüyü işlərəheyran qalıram. İnsanda gərək o qədər qeyrət, güc, həvəs ola ki, bu işləri görəbiləsən. Mən onu tərifləmirəm. Gördüyümü deyirəm. Sumqayıt mənim üçün ailəqurduğum, övladlarımın təvəllüd tapdığı ən doğma yerdir. Ona Ana Vətənin adibir guşəsi kimi deyil, övladlarımın anası, beşiyi, bağçası, məktəbi, gələcəyikimi bağlıyam. Özünə güvənənlərin və özünü sübut etmişlərin şəhəri kimiSumqayıt yarandığı gündən Milli İftixar və qürur yerimiz olan Bakı ilə yarışır, ona oxşamaq istəyir, ondangeri qalmamağa çalışır. Biz bu gün bunu daha açıq aydın hiss edirik, görürük.

Haşiyə - ZeynalQuliyev Yaradana həmişə şükür edib Allaha inam, Tanrıya sığınmaq, kökdən, nəsildəngəlir. Zeynal Quliyevin insanlarla ünsiyyət tapmaq bacarığı, nikbinliyi, yüksəkmənəviyyatı adamda qibtə hissi doğurur.

Bir dəqiqə dəinsan ömrüdür. Bəzən bir adamı tanımaq üçün bir dəqiqə də kifayət edir. Həmişə ləyaqətini, şəxsiyyətini, bütün maddinemətlərdən üstün tutan insanlar xalqın, kollektivin doğmasına çevrilir. Bukeyfiyyətlər həmin şəxsləri xalqa doğmalaşdırır. Zeynal Quliyev məhz beləadamdır.

-Zeynal müəllimSumqayıtın gələcəyini necə görürsünüz?

-Ulu öndərimizHeydər Əliyev tərəfindən Sumqayıta göstərilən qayğı bu gün onun davamçısı, hörmətliPrezidentimiz İlham Əliyev cənabları tərəfindən davam etdirilir. İlham Əliyev cənablarınınşəhərimizə hər gəlişi toy bayrama çevrilir və hər gəlişi zamanı bir neçəobyektin açılışı olur.

HörmətliPrezidentimiz Sumqayıtın 70 illik yubileyinitəntənəli keçirmək üçün sərəncam imzalamışdır. "Xariqələr yaradırel Sumqayıtda" ifadəsi bu gün özünü tam təsdiq edir. Mən inanıram ki, əgəratam sağ olub bu yubileydə iştirak etsəydi gözləri dolar və deyərdi:

- Bayramın mübarəkmənim doğma şəhərim. Mən isə sevinir və qürur hissi duyuram ki, Sumqayıtın ilkqurucularından biri atam-Həmid kişi olub.

İbrahimAbdullayev