19 Aprel 2017 09:38
2854
HADİSƏ

Sumqayıtda yanğın: 20 nəfər təxliyə olundu

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Adalet.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.