Sumqayıtda gəmi turları təşkil olunacaq
Avqust ayında Sumqayıt bulvarında gəmi turlarına start veriləcək.
Bu barədə Adalet.az-a Sumqayıt Bulvar idarəsinin rəisi Yavər Vəliyev məlumat verib.
O, bildirib ki, hazırda gəminin yanalması üçün nəzərdə tutulan körpünün sahil bərkitmə işləri aparılır: "Bu işlər avqusta qədər yekunlaşacaq və gəzinti gəmiləri fəaliyyətə başlayacaq".
Digər Xəbərlər
29 Aprel 2024 15:48