"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - Zatulin
"Erməni əhalisinin Qarabağdan köçürülməsindən sonra Rusiya sülhməramlılarının bölgədə olmasının səbəbləri azalıb".
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan hələ də rus qoşunlarının çıxarılması məsələsini qaldırmayıb ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin: "Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində Qarabağda erməni əhalisi olmadığına görə sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Hesab edirəm ki, Azərbaycan rəhbərliyi hələ də onların çıxarılması məsələsini gündəmə gətirməyib ki, bu, Rusiyada məğlubiyyət, güzəşt kimi qəbul olunmasın, hərbçilərimizin Rusiya Federasiyasından kənarda olmasına dəymiş ziyan kimi qəbul olunmasın. Amma reallıqda sülhməramlılarımızın Dağlıq Qarabağda olması üçün daha az səbəb var".
Digər Xəbərlər
23 Sentyabr 2026 20:20
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
23 Sentyabr 2026 20:08
Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
23 Sentyabr 2026 19:24
Ceyhun Bayramovla Serbiyanın XİN rəhbəri ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
23 Sentyabr 2026 18:23


Bakı -°C

