"Sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik" - Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan müqavilələrin Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan lideri Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Etimad Forumu"nda verib.
"Bizim fikrimizcə, Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir və bu, həm bu regionda, həm də ondan kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Biz Cənubi Qafqazda sabitliyi təmin edən hərtərəfli sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik", - deyə Tokayev qeyd edib.
Digər Xəbərlər
02 Aprel 2026 10:54
Tramp ABŞ-nin Baş prokurorunu işdən çıxarmağı düşünür - İDDİA
01 Aprel 2026 21:00
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
01 Aprel 2026 19:43
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
01 Aprel 2026 19:06


Bakı -°C

