adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Sentyabr 2019 13:03
19244
SİYASƏT

Sular Qurultayda durulacaq - KXCP-da nə baş verir?

Klassik Xalq CəbhəsiPartiyasında (KXCP) ciddi qalmaqal yaşanması ilə bağlı məlumatlar yayılıb. KXCPüzvü Oqtay Güləliyev sosial şəbəkədə partiyanın avqustun 26-da keçirilən AliMəclisin sessiyasında dava-dalaş düşdüyünü bildirib.

Adalet.az xəbər verir ki, onunməlumatlarınagörə, partiya sədri Mirmahmud Mirəlioğlunun gətirdiyi adamlarAli Məclis üzvü Nisəxanım Vəliyevanı təhqir edib, ona hücum çəkiblər. Partiyaüzvü Nisəxanım Vəliyeva iddia edir ki, Ali Məclisin sessiyasında onu təhqiredib, üstünə hücum çəkiblər.

Bəziməlumatlarda isə deyilir ki, bütün bunlar KXCP-də sədrlik uğrunda gedən mübarizədən qaynaqlanır.Problemin kökündə məhzbu məsələ dayanır. Oqtay Güləliyev Mirmahmud Mirəlioğlunu sədrlikdənuzaqlaşdırıb özü sədr olmağa çalışır. Bunun üçün uzun müddətdir adıçəkilənşəxslər arasında gərgin münasibətlər hökm sürür. O.Güləliyevin sosial şəbəkədəvə mediada KXCP sədrinə qarşı hücumları genişləndirdiyi, bu prosesə özününtərəfdarlarını da cəlb etdiyi müşahidə olunur. Eyni zamanda iddia edilir ki,hələ də Milli Şurada qalan O.Güləliyevi AXCP sədri Əli Kərimli dəstəkləyir. ƏliKərimli köhnə "düşməni” M.Mirəlioğlunu O.Güləliyevin əli ilə KXCP sədrliyindənkənarlaşdırmağa və KXCP-ni Milli Şuraya gətirməyə çalışır.

Məsələ ilə bağlı KXCP partiyasının sədri Mirmahmud Mirəlioğlununözündən açıqlama almağa çalışdıq. Buməsələlərlə bağlı danışmaq istəmədiyini deyən Mirmahmud Mirəlioğlu Qurultayıgözlədiyini bildirib.