adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2014 16:46
5056
MƏMLƏKƏT

Süfrəmizin duzu, yoxsa ayağımızın tozu?!

Toz deyəndə, əslində anladığınız kimi bunu qafiyəxatirinə yazdım. Amma iş təkcə tozla bitsəydi nə vardı ki! Yediyimiz duzuntərkibinə tozdan başqa daha nələr çökür?!

Bəli söhbət Masazırdakı duz gölündən gedir. Bakıdan 21 km aralıdayerləşən Masazır gölündən 1813-cü ildən başlayaraq duz çıxarılır. Gölün nəinkiduzu, hətta palçığı da bir sıra xəstəlikləri (sinir sistemi, oynaq, ginekoloji,dəri) sağalda bilir.

Bildiyiniz kimi Masazır gölünün yanında DuzZavodunun tikilməsi ilə əlaqədar 2010-cu ildən bəri göl hasarlanmışdı. Amma təzəlikcədəmir torlardan ibarət hasarların sökülməsi ilə əvvəllər olduğu kimi indi dəxəlqimizin səhhət aşiqi olan nümayəndələri özünümüalicə məqsədilə göləaxışıblar. Lap "Bəxt üzüyü” filmindəki Söylünün uşaqlarına dediyi sözləriyadıma düşdü: "Ayə gül kimi Xəzər dənizini qoyub krantın altında niyə çimirsiz?”İndi Söylünün sözü olmasın, o boyda dəniz qalıb kasıblı, zənginli milləttökülüşüb duz gölündə çimir. Hər gün, xüsusilə də axşam saatlarında gölünsahili ən "xod gedən” çimərlikləri kölgədə qoyur. Stul qoyub ayaqlarınısallayan kim, üzgüçülük məharətini göstərən kim, iri çətirlərin altındayeyib-içən kim…

Nəzərə alsaq ki, bura gələnlərin əksəriyyətidərisində, sümüyündə problem olan adamlardı, gölün duzuna çökən müxtəlifmikrobları (göbələk virusları, dəri-zöhrəvi xəstəliklər və.s) təsəvvür etməkçətin olmur. Acınacaqlısı da odur ki, axı bu insanlar da murdarladıqları duzusüfrələrinə gətirirlər. Düzdür, buradan hasil olunan duz zavodda istehsal prosesi keçərək təmizləndikdən sonra qablaşdırılır. Amma nəməlum yediyimiz duz məhz sözügedən zavodun istehsal etdiyi duzdur? Hasaryoxdusa, yenidən kustar üsulla duz əldə etmək istəyənlər də tapıla bilər və sonnəticədə süfrəmizin "bəzəyi”nin dadı-duzu qaçar. Bir tərəfimiz sağalsın deyə,başqa yerdən də xəstəlik qazanmayaq.

Gələk hasarların götürülməsinə… Azad İstehlakçılar Birliyinin sədriEyyub Hüseynovun məlumatına görə hasarların sökülməsi yolun genişləndirilməsiilə bağlıdır. Elə isə gölü daraltmadan yolu genişlənirmək olmazdımı – sualına isəE. Hüseynov belə cavab verdi ki, gölün daraldılmasının duz ehtiyatına heç birtəhlükəsi yoxdur: "Təbii ki, yol əks istiqamətdə də genişləndirilə bilərdi.Amma güman ki paralel tərəfdə müxtəlif tikililərin çoxluğu buna imkan verməyib”.

Hasarların yığışdırılması ilə insanların yenidən gölə axışmasına gəlincəisə E.Hüseynov bildirdi ki, həqiqətən də bu vəziyyət antisanitariya şəraitiyaradır. Ora üz tutan insanların və ərazidəki tikililərdə çalışan işçilərinətrafa səpələdikləri qida qalıqları və tullantıları da nəzərə alsaq, mənzərə "tamamlanır”.

"Amma sevindirici haldır ki, gölə əvvəlki kimi kanalizasiya sularıaxıdılmır. Vaxtilə bununla əlaqədar monitorinqlər keçirmişdik. Və bununnəticəsi olaraq çirkab sularının gölə axıdılmasının qarşısı alınmışdı. Hazırdabelə xoşagəlməzliklərin təkrarlanmaması üçün ərazi nəzarət altında saxlanılır”-deyə ekspert bildirdi.    

Qeyd edək ki, bir neçə il bundan qabaq gölün qoruğa çevriləcəyi,sahilində yaşıllıq zolağı yaranacağı xəbəri dolaşsa da, sonra bu fikir "sandığaatılmışdı”.