Su hövzələrinin ov vasitələrindən təmizlənməsi üçün reyd keçirilib
Araz çayının İmişli rayonunun Şahverdli, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.
Adalet.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli jurnalistlərə bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı sözügedən ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb.
Reydlər davam etdirilir.
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59