Strasburqda atışma - 3 ölü, 12 yaralı - YENİLƏNİB
Fransanın Strasburq şəhərində baş verən atışma nəticəsində 3 nəfər həlak olub.
Ölkənin daxili işlər naziri Kristof Kastaner bildirib ki, silahlı şəxsin insanları atəşə tutması nəticəsində 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib.
Cinayətkarın axtarışları davam edir.
***
Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.
Bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Atışma nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərinsə yaralandığı bildirilir.
Hazırda şəhərin mərkəzində Qutenberq meydanının ətrafında 200 metr radiusda ərazi polislər tərəfində mühasirəyə alınıb.