STM-də son 5 ayda vətəndaşlara 2 milyondan çox tibbi xidmət göstərilib
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Sumqayıt Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olunub.
Adalet.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov media-tur zamanı bildirib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir:
“Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır. 2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın xidmət göstərilib. 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. Beləliklə, ötən ilin müvafiq dövrü (1,817,629) ilə müqayisədə xidmət sayı 30 faizə yaxın artıb”.
Digər Xəbərlər
25 Noyabr 2026 09:53
Qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? - VİDEO
24 Noyabr 2026 08:37
Həkimə getməzdən əvvəl bunları etməyin: analizlərin nəticəsini dəyişə bilən səhvlər
24 Noyabr 2026 07:51
Tənhalıq demensiya riskini artırır
23 Noyabr 2026 17:54


Bakı -°C

